Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Təcili!Polisə atəş açan Mirzəyev zərərsizləşdirilib
  • Prezident nazirləri topladı – Müşavirə keçirir
  • “Biz onda “Qarabağ”ı belə qəbul etməmişdik” – Tahir Gözəl
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»VİDEO XƏBƏRLƏR»FHN-dən əhaliyə müraciət – Video

FHN-dən əhaliyə müraciət - Video

VİDEO XƏBƏRLƏR Gülnar Əliyeva10.07.2026 - 15:55
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Fövqəladə Hallar Nazirliyi taxıl biçini mövsümü ilə əlaqədar yanğın təhlükəsizliyinə dair əhaliyə müraciət ünvanlayıb.

Yeniera.az xəbər verir ki, müraciətdə deyilir:

“Taxıl tədarükü əhalinin ərzaqla təminatında mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan tez alışma xassəsinə malik olan taxıl sahələrinin yanğın təhlükəsindən qorunması ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin olunmasının vacib şərtlərindəndir.

Biçin mövsümünün ilin isti və quraq dövrünə təsadüf etdiyini nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi əhaliyə, o cümlədən təsərrüfat sahibləri və taxıl yığımında iştirak edən şəxslərə müraciət edərək, yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl olunmasının vacibliyini bildirir, bununla bağlı sadə və zəruri qaydaları bir daha xatırladır:

– taxıl zəmilərində kibrit yandırmaq, açıq oddan istifadə etmək, o cümlədən siqaret çəkmək, zəmilərin yaxınlığında tonqal qalamaq qəti qadağandır! Bu məkanlarda siqaret çəkmək üçün xüsusi yer ayrılmalıdır;

– yolla hərəkət edərkən tam söndürülməmiş siqaret kötüyü və ya kibriti, yanar mayelərlə islanmış materialları, eləcə də şüşə qab və şüşə qırıntılarını ətrafa atmaq yolverilməzdir;

– taxıl zəmilərinin ətrafı quru ot və tullantılardan vaxtaşırı təmizlənməlidir;

– biçində iştirak edən texnikalar ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmalı, biçinə başlamazdan əvvəl yanğın-texniki müayinədən keçirilməlidir;

– işdən sonra texnikanın sahələrdə saxlanılması, gecə vaxtı yanacaqla doldurulması, yanacaq və yağların ətrafa tökülməsinə yol verilməsi, texnikalarda əlavə yanacaq və yağlama materiallarının saxlanılması qəti qadağandır;

– tarla düşərgələri, taxıltəmizləmə xırmanları, ot və küləş tayaları yığılan sahələr ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməlidir;

– əkin sahələri ilə meşə sahəsi, avtomobil yolları və dəmiryol xətləri arasında mühafizə zolağı yaradılmalıdır;

– yanğın baş verərsə, iş dərhal dayandırılaraq ətrafdakılar məlumatlandırılmalı, əlaltında olan ilkin yanğınsöndürmə vasitələri ilə (odsöndürən, su, torpaq, qalın parça materialı və s.) yanğını söndürməyə çalışmalı və “112” qaynar xəttinə məlumat verilməlidir.

Nəzərə alınmalıdır ki, biçindən sonra əkin yerinin yandırılması qadağandır və bu əməllərə yol verilməsi inzibati məsuliyyət yaradır.

Unutmayın: qaydalara biganəlik – həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!”

Bənzər Xəbərlər

21.09.2026 - 22:13Gülnar Əliyeva

Bu ərazilərdə qaz olmayacaq

21.09.2026 - 16:25Gülnar Əliyeva

AZAL-ın genişlənən Mərkəzi Asiya şəbəkəsi - 4 ölkə, 10 istiqamət

21.09.2026 - 12:18Gülnar Əliyeva

Bu əsgərlərə pis xəbər: gec tərxis olunacaqlar – SƏBƏB

21.09.2026 - 12:06Gülnar Əliyeva

Nazirin yüksək vəzifə verdiyi Aysel İbayeva kimdir? - FOTO

21.09.2026 - 11:40Gülnar Əliyeva

Bu marşrut avtobusları “Şamaxinka”da saxlamayacaq

21.09.2026 - 11:28Gülnar Əliyeva

Zakir Həsənovla Kərim Vəliyev hərbi polisin fəaliyyəti ilə tanış oldu - Fotolar

21.09.2026 - 10:25Gülnar Əliyeva

Bilgəhdə batanlar tələbə imiş - VİDEO

21.09.2026 - 10:12Gülnar Əliyeva

İcra hakimiyyətinin sektor müdiri sədr təyin edildi - FOTO

21.09.2026 - 02:42Gülnar Əliyeva

8 saatdan çox yatmaq qocalmanı sürətləndirir — Alimlərdən XƏBƏRDARLIQ

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:288. 072

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 105

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:266. 026

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 821
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.