Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Kallas sabah Azərbaycana gəlir
  • Həkim olmayan Bünyamin Hüseynov yenidən fəaliyyət başladı? Estetik əməliyyatları hansı qiymətə edir…-Videofakt
  • İldırımın vurub öldürdüyü gəncin – Fotosu
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Cəmiyyət»FHN hava ilə bağlı əhaliyə müraciət etdi

FHN hava ilə bağlı əhaliyə müraciət etdi

Cəmiyyət Ariz Əhədov03.02.2026 - 12:22
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən kəskin hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.

Nazirlikdən Yeniera.az-a bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, fevralın 5-dək ölkə ərazisində kəskin hava şəraitinin müşahidə olunacağı, güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə intensiv yağıntılar, o cümlədən qar yağacağı, temperaturun xeyli enəcəyi proqnozlaşdırılır.

Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırır.

Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.
Eyni zamanda, soyuq hava şəraiti qaz və elektrik qızdırıcı cihazlarından istifadənin xeyli artmasına səbəb olduğundan bu cihazlardan istifadə zamanı yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməli, dəm qazı təhlükəsinə qarşı diqqətli davranılmalıdır. Nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qızdırıcı cihazlardan istifadə edilməməli, elektrik şəbəkəsi həddindən artıq yüklənməməli, işlək vəziyyətdə olan qızdırıcı cihazlar nəzarətsiz qoyulmamalıdır.

Bundan başqa, xüsusilə dağlıq ərazilərdə vətəndaşlar şaxtalı və qarlı havada mümkün qədər yaşayış məntəqəsini tərk etməməli, belə bir zərurət yarandıqda hərəkət istiqaməti barədə yaxınlarını əvvəlcədən məlumatlandırmalı, avtomobilin texniki göstəricilərinin fəslə uyğunluğunu və kifayət qədər yanacaq ehtiyatını təmin etməlidirlər. Qar uçqunu ehtimalı olan yerlərdən, o cümlədən dik yamaclardan kənar gəzmək və günün qaranlıq vaxtına qalmadan yaşayış məntəqəsinə geri dönmək tövsiyə olunur.

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!

Bənzər Xəbərlər

04.05.2026 - 12:22Ariz Əhədov

Kallas sabah Azərbaycana gəlir

04.05.2026 - 12:17Ariz Əhədov

Həkim olmayan Bünyamin Hüseynov yenidən fəaliyyət başladı? Estetik əməliyyatları hansı qiymətə edir…-Videofakt

04.05.2026 - 11:52Ariz Əhədov

Moskvada dron binaya çırpıldı 

04.05.2026 - 11:05Ariz Əhədov

Antalyada dünya liderləri bir araya gələcək - FOTOLAR

04.05.2026 - 11:00Ariz Əhədov

Evdə it-pişik saxlayanların nəzərinə!

04.05.2026 - 10:44Ariz Əhədov

Azərbaycanda ŞOK: 79 nəfər zəhərləndi, 5 nəfər ÖLDÜ

04.05.2026 - 10:31Ariz Əhədov

Bu şəxslərin pensiyası ikiqat artacaq! - ŞAD XƏBƏR

04.05.2026 - 01:40Ariz Əhədov

4 mayda bizi nələr gözləyir?   —  BÜRCLƏR

04.05.2026 - 01:27Ariz Əhədov

Ailə başçısını itirməyə görə pensiya almaq istəyənlərin NƏZƏRİNƏ!

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 301

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 082

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:074. 959

Prezident mühüm SƏRƏNCAM İMZALADI

29.10.2025 - 17:214. 177
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.