Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.8992
  • 100 RUB 2.0276
  • GBP 2.2468
  • TRY 0.0344
  • CNY 0.2539
  • GEL 0.6553
  • 100 KZT 0.3762
  • UAH 0.0377
  • AED 0.4628
Hadisə

General-leytenant avtomobildə baş verən partlayış nəticəsində ölüb

General-leytenant avtomobildə baş verən partlayış nəticəsində ölüb

Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının operativ hazırlıq idarəsinin rəisi general-leytenant Fanil Sarvarov Moskvada avtomobildə baş verən partlayış nəticəsində həlak olub.

Yeniera.az-ın məlumatına görə, bu barədə Rusiya Federasiyasının İstintaq Komitəsi məlumat yayıb.

“İstintaq məlumatlarına əsasən, dekabrın 22-si səhər saatlarında Moskvanın Yasenyeva küçəsində avtomobilin altında quraşdırılmış partlayıcı qurğu işə düşüb. Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının operativ hazırlıq idarəsinin rəisi, general-leytenant Fanil Sarvarov aldığı xəsarətlər nəticəsində ölüb”, – bəyanatda bildirilib.

Faktla bağlı cinayət işi açılıb.

Hadisə yerində araşdırma davam edir. İstintaq tərəfindən zəruri ekspertizalar, o cümlədən məhkəmə-tibbi və partlayış-texniki ekspertizalar təyin ediləcək. Şahidlər və hadisəni görənlər dindirilir, videomüşahidə kameraları tədqiq edilir.

Paylaş: