Şəhid baş leytenant Samir Eyvazovun oğlu Elmir Eyvazovun kiçik toy məclisi keçirilib.
YENİERA.az xəbər verir ki,məclisdə Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru, Dövlət Sərhəd Xidmətinin “Qazax” Əlahiddə Sərhəd Diviziyasının Komandiri Misir Əliyev də iştirak edib.
O, “Türk olasan” mahnısına rəqs edib.
Generalın bu rəqsi sosial mediada böyük rəğbətlə qarşılanıb.
Qeyd edək ki,Misir Əliyev səmimiyyəti ilə seçilən generallardandır. O,dəfələrlə bu kimi tədbirlərdə iştirakı ilə seçilib.
50 yaşlı general-mayor Misir Əliyev 2023-cü ildən Sərhəd Qoşunlarının “Qazax” Əlahiddə Sərhəd Diviziyasının Komandiridir.

