Müdafiə naziri general-polkovnik Zakir Həsənov noyabrın 16-sı Azərbaycan Prezidentinin müvafiq Sərəncamına əsasən ali hərbi rütbələr verilən hərbi qulluqçularla görüşüb.
YENİERA.AZ xəbər verir ki, görüşdə Müdafiə Nazirliyinin hərbi qulluqçularına “general-leytenant” və “general-mayor” ali hərbi rütbələrinin verilməsi haqqında Azərbaycan Prezidentinin 7 noyabr 2026-cı il tarixli Sərəncamı və müdafiə nazirinin müvafiq əmri oxunduqdan sonra zabitlərə rütbələr təqdim edilib.
General-polkovnik Zakir Həsənov Ali Baş Komandanın təbrikini hərbi qulluqçulara çatdırıb, onlara gələcək xidmətlərində uğurlar arzulayıb.
Təltif olunan zabitlər – Zaur Rüstəmov, Hikmət Əliyev və Elnur Ələsgərli öz növbələrində göstərilən etimada görə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.



