Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Bu ərazilərdə qaz olmayacaq
  • Röyadan Arzumun həbsinə münasibət: Məni ağlatdı
  • Rusiyada yanacaq qıtlığı PİKK HƏDDƏ – kilometrlərlə uzanan növbələr KOSMOSDAN görüntüləndi
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Siyasət»Hərbi Prokurorluğun bəzi səlahiyyətləri LƏĞV EDİLDİ

Hərbi Prokurorluğun bəzi səlahiyyətləri LƏĞV EDİLDİ

Siyasət Gülnar Əliyeva03.07.2026 - 21:58
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Cinayət işlərinin, cinayətlərin və onları törətmiş şəxslərin qeydiyyatını, habelə cinayətkarlığın vəziyyətinə dair statistik hesabatların tərtib edilməsini yalnız Daxili İşlər Nazirliyi (DİN) həyata keçirəcək.

Yeniera.az xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov qərar imzalayıb.

Qərara qədər sözügedən prosesi DİN-lə yanaşı, Hərbi Prokurorluq da həyata keçirirdi.

Həmçinin Müdafiə Nazirliyi uçot aparan orqanlar sırasına əlavə edilib.

Bundan başqa, MN DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə sənədləri göndərən orqan kimi müəyyən olunub.

Əvvəllər bu qayda Ədliyyə, Fövqəladə Hallar nazirlikləri və digər aidiyyəti qurumlara şamil edilirdi.

Qərara əsasən, məhkəməyədək sadələşdirilmiş icraat materialları da vahid cinayət uçotu sisteminə daxil olunub.

Hərbi cinayətlər üzrə ayrıca statistik hesabat mexanizmi ləğv edilib.

Belə ki, hərbi qulluqçular tərəfindən və hərbi qulluqçu olmayan şəxsin iştirakı ilə törədilmiş hərbi xidmət əleyhinə olan, habelə hərbi hissələrin, müəssisələrin və ya təşkilatların fəaliyyəti ilə əlaqədar, yaxud da onların ərazisində törədilmiş cinayətlər hərbi prokurorluqda qeydiyyata alınmaqla statistik hesabatlar Hərbi Prokurorluq tərəfindən tərtib olunaraq Baş Prokurorluğa göndərilirdi.

Həmçinin hərbi qulluqçuların törətdiyi cinayətlərlə bağlı işlərin ittiham elan edildikdən sonra Baş Prokurorluq vasitəsilə Hərbi Prokurorluğa göndərilməsi barədə norma ləğv edilib./Oxu.az

Bənzər Xəbərlər

03.07.2026 - 22:45Gülnar Əliyeva

Bu ərazilərdə qaz olmayacaq

03.07.2026 - 22:35Gülnar Əliyeva

Röyadan Arzumun həbsinə münasibət: Məni ağlatdı

03.07.2026 - 22:20Gülnar Əliyeva

Rusiyada yanacaq qıtlığı PİKK HƏDDƏ - kilometrlərlə uzanan növbələr KOSMOSDAN görüntüləndi

03.07.2026 - 22:00Gülnar Əliyeva

Nazirin müşavirinə yeni vəzifə verildi

03.07.2026 - 14:45Gülnar Əliyeva

Azərbaycan rəsmiləri Xamenei ilə vida mərasimində - Video - Yenilənib

03.07.2026 - 14:20Gülnar Əliyeva

Teymur Kərimov vəfat etdi - FOTO

03.07.2026 - 13:00Gülnar Əliyeva

Səfərbərlik Xidmətinin 75 əməkdaşı cəzalandırılıb - 42-si rəhbər şəxsdir

03.07.2026 - 12:30Gülnar Əliyeva

İlham Əliyev Fərman İmzaladı

03.07.2026 - 12:20Gülnar Əliyeva

Naxçıvanda hərbçi vəfat etdi - Foto

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 837

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 257

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 374

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:075. 079
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.