Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Naxçıvanda ağır qəza oldu – Ölən və yaralananlar var
  • Bakıda kişi qadını mağazada döydü – Saxlanıldı – VİDEO
  • Sabah bu ərazilərdə qaz kəsiləcək
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Gündəm»Hərbi təlimlərə çağırılan vətəndaşlara vacib xəbərdarlıq

Hərbi təlimlərə çağırılan vətəndaşlara vacib xəbərdarlıq

Gündəm Emin Farzaliyev28.01.2026 - 00:14
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Hərbi təlimlərə çağırılanların nəzərinə

Hərbi təlimlərdə iştirak məsələsi bir çox vətəndaşı düşündürən və tez-tez sual doğuran mövzulardan biridir. Bəzən insanlar iş, ailə vəziyyəti və ya digər səbəblərə görə bu cür çağırışlara necə yanaşmalı olduqlarını tam dəqiqləşdirə bilmirlər. Belə hallarda əsas sual ortaya çıxır: vətəndaş hərbi təlimlərdə iştirakdan imtina edərsə, onu hansı hüquqi nəticələr gözləyə bilər?

Yeniera.az bildirir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov Metbuat.az-ın sorğusuna cavab olaraq bildirib ki, İnzibati Xətalar Məcəlləsinin 606.3-cü maddəsinə əsasən müəyyən məsuliyyət tədbirləri nəzərdə tutulur:

“Məcəllənin 606.3-cü maddəsinə əsasən, çağırışçıların və hərbi vəzifəlilərin bu Məcəllənin 604-cü maddəsində nəzərdə tutulan hal istisna olmaqla, qanunla nəzərdə tutulmuş hallarda həqiqi hərbi xidmətə çağırış, tibbi müayinə (tibbi şəhadətləndirilmə), hərbi hissələrə təhkim edilmə, müvafiq toplanışlarla əlaqədar çağırış üzrə müvafiq icra hakimiyyəti orqanına (burada – Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri) üzrlü səbəblər olmadan gəlməməsinə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər tətbiq olunur”.

P.Sədrəddinov əlavə edib ki, həmin maddənin “qeyd” hissəsinin 2-ci bəndinə əsasən, bu Məcəllənin 606.3-cü maddəsində göstərilən əməl qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırış və ya səfərbərlik üzrə çağırış ilə bağlı törədildikdə Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən cinayət məsuliyyətinə səbəb olur:

“Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 321.1-ci maddəsinə əsasən, qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma – iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət Məcəlləsinin 321.2-ci maddəsinə əsasən, eyni əməllər müharibə vaxtı törədildikdə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin maddənin “qeyd” hissəsində göstərilir ki, bu Məcəllənin 321-ci maddəsində “çağırışdan boyun qaçırma” dedikdə vətəndaşların üzrlü səbəblər olmadan tibbi müayinəyə (tibbi şəhadətləndirilməyə), müddətli həqiqi hərbi xidmətə, toplanışlara və səfərbərlik üzrə hərbi xidmətə çağırış üzrə gəlməməsi başa düşülür”.

Bənzər Xəbərlər

19.07.2026 - 20:11Gülnar Əliyeva

Naxçıvanda ağır qəza oldu - Ölən və yaralananlar var

19.07.2026 - 20:01Gülnar Əliyeva

Bakıda kişi qadını mağazada döydü - Saxlanıldı - VİDEO

19.07.2026 - 19:58Gülnar Əliyeva

Sabah bu ərazilərdə qaz kəsiləcək

19.07.2026 - 00:30Gülnar Əliyeva

Müctəba Xamenei üzə çıxdı və görün nə dedi - ŞOK TƏHDİD

18.07.2026 - 22:31Gülnar Əliyeva

Başqalarının hissləri ilə ustalıqla oynayan BÜRCLƏR

18.07.2026 - 21:36Gülnar Əliyeva

Moskva ilə bağlı xəbərdarlıq: 2 gün davam edəcək

18.07.2026 - 21:33Gülnar Əliyeva

Müdafiə Nazirliyindən ölən hərbçimizlə bağlı AÇIQLAMA - Həmin paraşüt...

18.07.2026 - 10:38Gülnar Əliyeva

Türkiyədə güclü ZƏLZƏLƏ OLDU

18.07.2026 - 10:11Gülnar Əliyeva

Pensiya alanların nəzərinə

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 100

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 455

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 493

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 356
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.