Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.9053 ▼0.0040
  • 100 RUB 1.9948 ▼0.0050
  • GBP 2.2514 ▼0.0002
  • TRY 0.0345
  • CNY 0.2540 ▲0.0002
  • GEL 0.6557 ▲0.0014
  • 100 KZT 0.3751 ▼0.0023
  • UAH 0.0379 ▲0.0001
  • AED 0.4628
Cəmiyyət

Həsənbəy Arazov vəfat etdi – FOTO

Həsənbəy Arazov vəfat etdi – FOTO

Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun (ETİ) İnformasiya texnologiyaları və riyazi modelləşdirmə şöbəsinin aparıcı elmi işçisi Həsənbəy Arazov vəfat edib.

Yeniera.az bildirir ki, Həsənbəy Arazov 12 iyul 1940-cı ildə Bakı şəhərində anadan olub. 1964-cü ildə BDU-nun Fizika fakültəsini bitirib. 1962-1964-cü illərdə BDU-da böyük laborant, 1961-1981-ci illərdə AMEA-da və Şamaxı Astrofizika Rəsədxanasında kiçik elmi işçi, böyük elmi işçi, 1981-1984-cü illərdə Təbii Ehtiyatların Kosmik Müşahidəsi İnstitutunda, 1984-1991-ci illərdə AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasında böyük elmi işçi vəzifələrində işləyib.

O, 1988-2020-ci illərdə BDU-nun Tətbiqi Riyaziyyat ETİ-nin Riyazi modelləşdirmə və avtomatlaşdirilmiş sistemlər şöbəsinin müdiri vəzifəsində çalışıb. 2020-ci ildən isə Tətbiqi Riyaziyyat ETİ-nin İnformasiya texnologiyaları və riyazi modelləşdirmə şöbəsinin aparıcı elmi işçisi idi.

Həsənbəy Arazov “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019) Azərbaycan Respublikasının yubiley medalı” ilə təltif edilib.

BDU rəhbərliyi və kollektivi Həsənbəy Arazovun vəfatından kədərləndiyini bildirir, ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!

Gallery image 1

Paylaş: