Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.9053 ▼0.0040
  • 100 RUB 1.9948 ▼0.0050
  • GBP 2.2514 ▼0.0002
  • TRY 0.0345
  • CNY 0.2540 ▲0.0002
  • GEL 0.6557 ▲0.0014
  • 100 KZT 0.3751 ▼0.0023
  • UAH 0.0379 ▲0.0001
  • AED 0.4628
İdman

Holann Premyer Liqanın tarixinə düşdü

Holann Premyer Liqanın tarixinə düşdü

İngiltərənin “Mançester Siti” klubunun hücumçusu Erlinq Holann Premyer Liqanın tarixinə düşüb.

Yeniera.az-ın “Opta”ya istinadən məlumatına görə, norveçli futbolçu bunu XXI turda “Brayton”a qarşı keçirilən oyunda (1:1) reallaşdırıb.

25 yaşlı futbolçu İngiltərə Premyer Liqasında 35 mininci qolun müəllifi olub. O, 41-ci dəqiqədə penaltidən fərqlənməklə bunu reallaşdırıb.

Turnirdə 30 mininci qolu isə 2021-ci ilin avqustunda “Bernli”nin üzvü Kris Vud vurmuşdu.

Qeyd edək ki, E.Holann cari mövsümdə Premyer Liqada meydana çıxdığı 21 oyunda 20 qola imza atıb. O, hazırda bombardirlər siyahısına başçılıq edir.

Paylaş: