Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Yaxın-uzaq Danimarka – qürbətdə yaşanan doğmalıq – FOTO
  • Sabah bu ərazilərdə işıq olmayacaq
  • Ərdoğanla Paşinyan Nyu-Yorkda görüşdü – Foto
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Cəmiyyət»“İdrak” liseyində şagird müəllimi buna görə güllələyibmiş

“İdrak” liseyində şagird müəllimi buna görə güllələyibmiş

Cəmiyyət Gülnar Əliyeva01.07.2026 - 14:39
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Bakıda “İdrak” liseyində müəllimi güllələməkdə təqsirləndirilən yeniyetmə ilə bağlı açılan cinayət işi əsasında məhkəmə istintaqı başlayıb.

Yeniera.az unikal.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

İttihama görə, müəllim Şəhla Kamilova şagirdə dərsi bilmədiyi üçün irad bildirib. Bu zaman şagird onun iradını özünə hörmətsizlik kimi qəbul edib. Daha sonra yeniyetmə Bakı şəhəri, Rəsulzadə qəsəbəsində evlərindən atası Samir Şirinov tərəfindən gizlədilən ov tüfəngini və patron darağını öz otağına aparıb. Patronu darağa yerləşdirib və çantasında gizlədib. O, tüfəngi gözətçinin çantalara baxmadığı üçün rahatlıqla liseyə keçirə bilib. Daha sonra odlu silahı atəşə hazır vəziyyətə gətirib və müəllim Şəhla Kamilovanın olduğu otağa gətirərək atəş açdıqdan sonra oranı tərk edib.

Təqsirləndirilən özünü qismən təqsirli bilib. O, müəllimi öldürmək məqsədinin olmadığını deyib.

Növbəti iclas iyulun 24-nə təyin olunub.

Qeyd edək ki, hadisə 2026-cı il fevralın 6-da Bakının Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyində baş verib.

Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumata görə, məktəbdə şagird tərəfindən odlu silahdan atəş açılmaqla müəllimə xəsarət yetirilməsi faktı ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Hadisəni törətməkdə şübhəli bilinən şagird saxlanılıb. Fevralın 7-də Binəqədi rayon Məhkəməsinin qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda cinayət işi başlanılıb.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.2.2-ci (Xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) maddəsi ilə yekun ittiham elan olunub.

Bənzər Xəbərlər

23.09.2026 - 22:55Gülnar Əliyeva

Yaxın-uzaq Danimarka – qürbətdə yaşanan doğmalıq – FOTO

23.09.2026 - 22:39Gülnar Əliyeva

Sabah bu ərazilərdə işıq olmayacaq

23.09.2026 - 17:38Gülnar Əliyeva

Bakının mərkəzində nəhəng layihə — 35 milyonluq müqavilə imzalandı

23.09.2026 - 16:45Gülnar Əliyeva

Əfv edilən yeganə qadın məhkum - Video - Fotolar

23.09.2026 - 11:18Gülnar Əliyeva

Səfər Mehdiyevin yaxın adamının 6 minlik pensiyası KƏSİLDİ

23.09.2026 - 11:15Gülnar Əliyeva

Prezident onu təbrik etdi

23.09.2026 - 11:09Gülnar Əliyeva

Məltəm Cəlilzadə yüksək vəzifəyə TƏYİN OLUNDU

23.09.2026 - 10:23Gülnar Əliyeva

İlham Əliyev Sərəncam İMZALADI

22.09.2026 - 17:50Gülnar Əliyeva

Bu avtobuslar sabahdan “Avtovağzal” stansiyasında da dayanacaq - Siyahı

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:288. 073

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 112

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:266. 027

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 822
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.