Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Şahin Bağırov onu işdən çıxardı – FOTO
  • Günel Hüseynova rəis təyin edildi – FOTO
  • Azərbaycanda polkovnik vəfat etdi – FOTO
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»İqtisadiyyat»İki BOKT-un lisenziyası ləğv edildi

İki BOKT-un lisenziyası ləğv edildi

İqtisadiyyat Ariz Əhədov01.09.2025 - 13:20
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Mərkəzi Bank iki bank olmayan kredit təşkilatının lisenziyasını ləğv edib.

Yeniera.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.

Məlumata görə, kapitalın minimum miqdarı tələbinə əməl edilmədiyindən “Finoko” Bank olmayan kredit təşkilatı Açıq Səhmdar Cəmiyyəti və “İcraçı Kredit Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti Bank olmayan kredit təşkilatına Mərkəzi Bank tərəfindən icrası məcburi olan göstərişlər verilmişdir. Lakin, ötən dövr ərzində bu təşkilatlar tərəfindən kapitalın minimum miqdarı tələbinə əməl edilməsi istiqamətində zəruri addımlar atılmamışdır. Qeyd olunanları nəzərə alaraq, “Bank olmayan kredit təşkilatları haqqında” Qanunun 25.1.4-cü maddəsinə əsasən fəaliyyətində yol verildiyi pozuntuların aradan qaldırılması barədə Mərkəzi Bankın göstərişlərinə əməl edilməməsi ilə əlaqədar “Finoko” BOKT ASC-nin 22.09.2014-cü il tarixli, BKT-28 nömrəli lisenziyası və “İcraçı Kredit Agentliyi” MMC BOKT-nin 25.10.2002-ci il tarixli, 132-QB nömrəli lisenziyası Mərkəzi Bankın İdarə Heyətinin 29 avqust 2025-ci il tarixli Qərarı ilə ləğv edilib.

Qeyd edilib ki, “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununa (Qanun) edilmiş dəyişiklərə əsasən, eləcə də, Mərkəzi Bankın təsdiq etdiyi “2024-2026-cı illərdə maliyyə sektorunun inkişafı Strategiyası”nda müəyyən edilmiş strateji hədəflər çərçivəsində Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin müvafiq Qərarları ilə “Bank olmayan kredit təşkilatlarının fəaliyyətinin prudensial tənzimlənməsi Qaydası” (Prudensial Qayda) və “Bank olmayan kredit təşkilatlarında kredit risklərinin idarə edilməsi Qaydası” təsdiq edilib.

Prudensial Qaydaya əsasən kommersiya hüquqi şəxs formasında yaradılan mövcud və yeni bank olmayan kredit təşkilatlarına kapitalın minimum miqdarı tələbi 1 milyon manat məbləğində müəyyən edilmişdir. Kapitalın minimum miqdarı tələbinin bu həddə müəyyən edilməsi bank olmayan kredit təşkilatlarının daha diversifikasiya olunmuş resurs mənbələrinə çıxışını genişləndirməklə maliyyə vasitəçiliyində rolunu daha da artıracaqdır. Ümumilikdə, Qanun və qaydalardakı tələblər bank olmayan kredit təşkilatlarının maliyyə dayanıqlığının gücləndirilməsi və istehlakçı hüquqlarının qorunması məqsədini daşıyır.

“Bank olmayan kredit təşkilatları haqqında” Qanunun 25.4-cü maddəsinə əsasən, bank olmayan kredit təşkilatı lisenziyasının ləğv edilməsi haqqında qərarın qüvvəyə mindiyi gündən fəaliyyətini dayandırır və Azərbaycan Respublikasının Mülki Məcəlləsində müəyyən olunmuş qaydada ləğv edilir.

Bank olmayan kredit təşkilatlarının fəaliyyəti requlyativ tələblər əsasında daim nəzarətdə saxlanılır, ümumilikdə tələblərə, o cümlədən kapital tələblərinə əməl etməyən bank olmayan kredit təşkilatlarına qarşı qanunvericilik çərçivəsində zəruri addımlar atılacaq.

Bənzər Xəbərlər

19.06.2026 - 18:15Ariz Əhədov

Şahin Bağırov onu işdən çıxardı - FOTO

19.06.2026 - 17:43Ariz Əhədov

Günel Hüseynova rəis təyin edildi - FOTO

19.06.2026 - 17:30Ariz Əhədov

Azərbaycanda polkovnik vəfat etdi - FOTO

19.06.2026 - 17:18Ariz Əhədov

Yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

19.06.2026 - 17:05Ariz Əhədov

Yanğında körpəsini itirən ana da 8 gün sonra öldü

19.06.2026 - 16:40Ariz Əhədov

Baş nazir QƏRAR İMZALADI

19.06.2026 - 15:55Ariz Əhədov

Bu tarixdən dəhşətli istilər başlayır - XƏBƏRDARLIQ

19.06.2026 - 13:05Ariz Əhədov

Çıxarışlarla bağlı ŞAD XƏBƏR: Milli Məclisdən önəmli qərar

19.06.2026 - 12:55Ariz Əhədov

Ali Məhkəmənin hakiminə ağır itki üz verdi

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 767

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 183

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 349

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:075. 061
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.