İran tərəfi son hücumlarda yeni silah sistemindən istifadə olunduğunu bəyan edib.
Yeniera.az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) nümayəndələri məlumat veriblər. İranın dövlət televiziyası da qurumun bəyanatına istinadən bildirib ki, “Nəsrullah sistemi ilk dəfə tətbiq olunub”.
Məlumata görə, İran qüvvələri daha əvvəl İsraildə 80 hərbi hədəfə zərbələr endirib.
Eyni zamanda, İranın Küveyt, BƏƏ və Bəhreyndə yerləşən ABŞ hərbi bazalarına raket və pilotsuz uçuş aparatları ilə hücum etdiyi qeyd olunur.
Bildirilir ki, İsrailə qarşı son əməliyyatlarda da məhz “Nəsrullah” adlı idarə olunan raket sistemlərindən istifadə edilib.
YENİERA.AZ

