Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.9053 ▼0.0040
  • 100 RUB 1.9948 ▼0.0050
  • GBP 2.2514 ▼0.0002
  • TRY 0.0345
  • CNY 0.2540 ▲0.0002
  • GEL 0.6557 ▲0.0014
  • 100 KZT 0.3751 ▼0.0023
  • UAH 0.0379 ▲0.0001
  • AED 0.4628
Hadisə

İrandan Azərbaycana 53 kq narkotik keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana 53 kq narkotik keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana 53 kq narkotik keçirilməsinin qarşısı alınıb.

Bu barədə Yeniera.az-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, Sərhəd Qoşunları Komandanlığının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 53 kiloqram 250 qram narkotik vasitənin və 1450 ədəd narkotik tərkibli metadon M-40 həbinin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Keçirilmiş kompleks sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində Azərbaycan Respublikası vətəndaşı – 1991-ci il təvəllüdlü Sadıqov Amil Vidadi oğlu şübhəli şəxs qismində saxlanılıb, uçuş aparatı vasitəsilə sərhəd xəttinə yaxın əraziyə atılmış ümumi çəkisi 9 kiloqram 760 qram narkotik vasitə marixuana və 450 ədəd narkotik tərkibli metadon M-40 həbi aşkar olunaraq götürülüb.

İlkin dindirmə zamanı saxlanılan şəxs həmin əraziyə narkotik vasitəni götürmək məqsədilə gəldiyini etiraf edib.

Sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində dekabrın ayının 7-də 20 kiloqram 240 qram narkotik vasitə (19 kq 180 qram marixuana, 1060 qram metamfetamin), dekabrın 9-da isə 23 kiloqram 250 qram narkotik vasitə marixuana və 1000 ədəd narkotik tərkibli metadon M-40 həbi aşkar edilib.

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Paylaş: