Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Bakıda yaşayanlara vacib xəbər:Avqustun 27-si saat 22:00-dan etibarən…
  • Səfirliyimizin önündə təxribat törədənlərin kimliyi bilindi
  • Bu 3 bürc üçün hər şey dəyişir: Gözlənilməz XƏBƏR ALACAQSINIZ
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Cəmiyyət»“İzmir Residence” sakinləri “İzmir Restoran”dan şikayətçidirlər – “Mitinq etmək istəyirik”

“İzmir Residence” sakinləri “İzmir Restoran”dan şikayətçidirlər – "Mitinq etmək istəyirik"

Cəmiyyət Gülnar Əliyeva26.08.2026 - 17:25
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Yasamal rayonunda yerləşən “İzmir Residence”də yaşayan sakinlər uzun müddətdir “İzmir Restoran”ın Yay Terrasındakı səs-küylü fəaliyyətindən narazılıq edirlər. 

Yeniera.az xəbər verir ki, vətəndaşlar restoranın fəaliyyəti ilə bağlı polisə, prokurorluğa, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, eləcə də digər icra qurumlarına dəfələrlə şikayətlər ediblər.

Sakinlərin sözlərinə görə, restoranın fəaliyyəti həm “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”na, həm də müvafiq məhkəmə qərarına ziddir.

2024-cü ildə Yasamal Rayon Məhkəməsinin qəbul etdiyi qətnaməyə əsasən, restoran səhər saat 07:00-dan axşam 23:00-dək maksimum 60 desibel səs səviyyəsini saxlamağa, 23:00-dan sonra isə musiqi fəaliyyətini tam dayandırmağa məcbur edilib.

Lakin sakinlərin iddiasına görə, “İzmir Restoran” bu qərarı icra etmir və hətta apellyasiya şikayəti verib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin 2025-ci ildə apardığı yoxlamalar zamanı da normadan artıq səs-küy və atmosferə buraxılan dəm qazlarının mövcudluğu rəsmi şəkildə təsdiqlənib.

Yasamal Rayon Prokurorluğu da sakinlərin şikayətlərinə cavab verib. Şikayətçilər bildirirlər ki, yaranmış vəziyyət ailələrin, uşaqların, xüsusən südəmər körpələrin istirahətinə, şagirdlərin dərsə hazırlaşmasına, yaşlı və xəstə insanların səhhətinə mənfi təsir göstərir. Onların sözlərinə görə, hətta İzmir Parkında istirahət edən vətəndaşlar belə səs-küydən əziyyət çəkirlər. Bütün bunları nəzərə alan “İzmir Residence” sakinləri artıq Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edərək, İzmir Parkında mitinq keçirmək üçün icazə istəyiblər. Hazırda həmin müraciətə cavab gözlənilir.

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Lumu İsrəfilli açıqlamasında bildirib ki, qeyd edilən məkanda dəfələrlə polis əməkdaşları tərəfindən profilaktik tədbirlər həyata keçirilib vətəndaşları narahat edən hallar aradan qaldırılıb:

“Qeyd edək ki, polis əməkdaşları tərəfindən məişət səs-küyünə qarşı müvafiq mübarizə tədbirləri mütəmadi olaraq həyata keçirilir. Mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində, avtomobillərdə və digər ictimai yerlərdə gecə saat 00:00-dan səhər 7-dək səs-küy salan, məişət səs-küyünə qarşı mübarizə tələblərini müxtəlif üsullarla pozan şəxslər polis əməkdaşları tərəfindən müəyyən edilərək barələrində qanunamüvafiq tədbirlərin görülməsi təmin olunur. Nəzərinizə çatdıraq ki, məişət səs-küyünə qarşı mübarizə qaydalarının pozulması İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə tənzimlənir”.

Sfera.az məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti və Yasamal Rayon İcra Hakimiyyətinə yaranmış narazılıqla bağlı sorğu ünvanlayıb. Hazırda müraciətə cavab gözlənilir.

Qeyd edək ki, “İzmir Residence” sakinlərinin üzləşdiyi vəziyyət media orqanlarında, o cümlədən televiziya kanallarında bir neçə dəfə işıqlandırılıb. Televiziya kanallarının hazırladığı verilişlərdə sakinlərin hamısı üzləşdikləri acınacaqlı vəziyyətlə bağlı şikayətlərini çatıdırıblar. Sakinlər açıqlamalarında dəfələrlə məhkəmə və icra qurumlarına şikayət etdiklərini, yaranmış vəziyyəti mübahisələndirdiklərini bildiriblər. Bütün dövlət qurumları  “İzmir Residence” sakinlərinin bu şikayətlərində haqlı olduğuna dair rəy və qərarlar versələr də “İzmir Restoran”ın narazılıq yaradan fəaliyyətində hələ də dəyişiklik görünmür. Müvafiq məhkəmə qərarlarının və rəylərin olmasına baxmayaraq Bakı Şəhər İcra Hakimiyyəti və digər cavabdeh qurumlar məsələnin həllini yubadırlar.

Bənzər Xəbərlər

27.08.2026 - 19:00Gülnar Əliyeva

Bakıda yaşayanlara vacib xəbər:Avqustun 27-si saat 22:00-dan etibarən...

27.08.2026 - 14:50Gülnar Əliyeva

Bu qədər abituriyent kənarda qaldı - 500-dən yuxarı bal toplasalar da

27.08.2026 - 14:20Gülnar Əliyeva

Türkiyəli sahibkar Bakıda aldadıldığını deyir - “715 min dollarımı vermirlər”

27.08.2026 - 14:13Gülnar Əliyeva

Anar Rzayev ona VƏZİFƏ VERDİ

27.08.2026 - 14:00Gülnar Əliyeva

Mamalıq ixtisasını bitirən kosmetoloq işləyirmiş... - “Omorfia”da vaxtı keçmiş dərmanlar aşkarlandı

27.08.2026 - 12:53Gülnar Əliyeva

Xankəndidə toyuq hini, mal-qara tövləsi istəyənlərə - Rəsmi cavab

27.08.2026 - 09:15Gülnar Əliyeva

FHN əhaliyə müraciət etdi

27.08.2026 - 09:00Gülnar Əliyeva

Nigar Fərhad saxlanıldı

26.08.2026 - 17:46Gülnar Əliyeva

Uçuşunuz gecikəndə və ya ləğv ediləndə bunları bilməlisiniz

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 898

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 988

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 940

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 756
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.