Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Bakı Metrosunda bu cür əyləşənlər HƏBS OLUNACAQ
  • Müdafiə Nazirliyi MƏLUMAT YAYDI
  • “Həkimin ölməsi ilə bağlı məlumat yalandır” – Rəsmi
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»İqtisadiyyat»“Kapital Bank” müştərilərinin kartlarını kütləvi blokladı – Nə baş verir?

“Kapital Bank” müştərilərinin kartlarını kütləvi blokladı - Nə baş verir?

İqtisadiyyat Ariz Əhədov12.02.2026 - 00:00
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

“Kapital Bank”ın son günlər kütləvi şəkildə müştərilərin bank kartlarını bloklaması ilə bağlı çoxsaylı şikayətlər var.

Yeniera.az Musavat.com-a istinadla xəbər verir ki, vətəndaşlar təkcə xaricdən pul köçürmələri zamanı deyil, hətta ölkə daxilində aparılan əməliyyatlarda belə kartların bloklandığını bildirirlər.

Şikayətlərə əsasən, bloklanan kartlar arasında maaş kartları da var.

Nəticədə bir çox “Birbank” istifadəçisi neçə gündür öz vəsaitindən istifadə edə bilmir.

Vətəndaşların sözlərinə görə, banka yaxınlaşaraq səbəblə maraqlandıqda onlara “baş ofisdə araşdırma aparıldığı” bildirilir və dəqiq vaxt göstərilmir. Bu isə insanları çıxılmaz vəziyyətdə qoyur.

Şikayətçilər deyirlər ki, xüsusilə xaricdən daxil olan ödənişlər və ya ölkə daxilində nisbətən iri məbləğli köçürmələr “şübhəli əməliyyat” kimi qiymətləndirilir. Nəticədə kart ya vəsait çıxarıldıqdan dərhal sonra, ya da pul hesabda olduğu müddətdə bloklanır.

Bank tərəfindən vətəndaşdan göndərilən vəsaitin mənbəyini təsdiqləyən sənəd tələb olunur. Müştəri həmin mənbəni sübut edə bilmədikdə kart blokda saxlanılır. Hüquqi prosedura əsasən, vətəndaşın məhkəməyə müraciət etmək hüququ var. Məhkəmə qərarı ilə vəsaitin qanuni mənbədən əldə olunduğu təsdiqlənərsə, kart blokdan çıxarıla bilər.

Son günlər müşahidə olunan kütləvi bloklanmalar Mərkəzi Bankın nəzarət mexanizmlərini sərtləşdirməsi ilə əlaqələndirilir. Bildirilir ki, bank sektorunda maliyyə monitorinqi və şübhəli əməliyyatlara qarşı nəzarət tədbirləri gücləndirilib.

Qeyd edək ki, eyni zamanda məsələnin “m10” hesablarına müdaxilələr edilərək külli miqdarda pullar oğurlanması ilə bağlı olduğu da bildirilir.

Kommersant.az isə yazır ki, müxtəlif xarici ölkələrdən “m10” tətbiqinə saxta transferlər həyata keçirilib.

“Transferlərin saxta olduğunu bilməyən vətəndaşlar pulları əldə edərək xarici ölkələrə göndərib. Yekunda “m10” tətbiqində olan boşluqlara görə istifadəçilərə külli miqdarda zərər dəyib.

Xarici ölkələrdən vətəndaşlarımıza “biz sizin “m10″a pul göndərək, pulu çəkdikdən sonra bizə transfer edin. Buna görə də əldə olunan vəsaitin 20 faizini sizə xidmət haqqı kimi verəcəyik” vədi ilə vətəndaşların külli miqdarda pulları mənimsənilib. ABŞ, Ukrayna və s. kimi ölkələrdən transfer olunan vəsaitlər dərhal “m10” hesabına daxil olub. Vəsaiti göndərən şəxs isə “m10″a daxil olan pulu geri çəksə də, bu əməliyyat sözügedən tətbiqdə göstərilməyib. Yekunda bundan xəbərsiz olan vətəndaşlar “m10″da olan pul vəsaitini maneəsiz şəkildə bank kartlarına transer edib. Daha sonra ATM-lərdə nağdlaşdıraraq qarşı tərəfə göndəriblər.

Hazırda ölkə xaricindən transfer olunan hesablar bloklanıb. İnsanların kriptovalyuta və ya digər xarici gəlirləri “m10” tərəfindən vətəndaşlara verilmir. Bu blokun nə vaxt aradan qaldırılacağı isə sual altındadır”, – deyə sayt yazır.

Xatırladaq ki, “m10” platforması bloklanmanın səbəbi olaraq açıqlamasında bildirib ki, “m10” platforması istifadəçilərin vəsaitlərinin təhlükəsizliyini, əməliyyatların şəffaflığını və platformanın sabitliyini daim prioritet hesab edir:

“Fevralın 3-də “m10” platformasında xarici mənşəli “merchant”lardan bəzi istifadəçi hesablarına müəyyən məbləğlərdə vəsait daxil olması qeydə alınıb. Təhlükəsizlik və tənzimləyici tələblərə uyğun olaraq, sözügedən hesablar müvəqqəti olaraq dondurulub.

Hazırda məsələ “m10″un müvafiq komandaları tərəfindən daxili prosedurlara uyğun şəkildə araşdırılır. Araşdırma başa çatdıqdan sonra nəticələrə uyğun olaraq müvafiq tədbirlər görüləcək.

Qeyd olunan səbəblə əlaqədar “m10″ tətbiqinin fəaliyyətində müvəqqəti fasilə yaranıb, lakin hazırda bütün əməliyyatlar tam bərpa olunub”.

Bənzər Xəbərlər

02.05.2026 - 15:04Ariz Əhədov

Bakı Metrosunda bu cür əyləşənlər HƏBS OLUNACAQ

02.05.2026 - 14:00Ariz Əhədov

 Müdafiə Nazirliyi MƏLUMAT YAYDI

01.05.2026 - 17:25Ariz Əhədov

“Həkimin ölməsi ilə bağlı məlumat yalandır” - Rəsmi

01.05.2026 - 17:10Ariz Əhədov

Ana və bacısını qətlə yetirən Kainat - Cəzadan azad edildi

01.05.2026 - 16:15Ariz Əhədov

Qurban Qurbanovun əsas heyətdən qovduğu oyunçu Belçikaya getdi

01.05.2026 - 16:03Ariz Əhədov

Maştağadakı ruhi dispanserin xəstələri QAÇIB? – RƏSMİ AÇIQLAMA

01.05.2026 - 15:38Ariz Əhədov

Saleh Məmmədov pul ayırmır - Aylardır maaşsız qalıblar

01.05.2026 - 15:25Ariz Əhədov

Aqibət Məmmədovun şirkəti bu dəfə 24,9 milyonluq tenderin qalibi oldu

01.05.2026 - 15:12Ariz Əhədov

Partlayışda yaralanan həkim vəfat etdi - FOTO

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 335

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 111

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:074. 961

Prezident mühüm SƏRƏNCAM İMZALADI

29.10.2025 - 17:214. 186
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.