Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • İstanbulda ağır qəza – 30 yaralı
  • DİN əməliyyat keçirib:43 nəfər saxlanılıb
  • Sabah rekord İSTİ OLACAQ
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Gündəm»Keçmiş icra başçısının oğlu Rumıniyada 40 villa ALDI

Keçmiş icra başçısının oğlu Rumıniyada 40 villa ALDI

Gündəm Ariz Əhədov03.02.2026 - 10:05
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Azərbaycan mənşəli biznesmen Umid Abuzərli Rumıniyada 40 villadan ibarət iri daşınmaz əmlak kompleksini alıb.

Yeniera.az Ajans.az-a istinadən xəbər verir ki, 29 yanvarda Rumıniyanın “Profit.ro” portalının məlumatına görə, layihə keçmiş Salyan İcra Hakimiyyəti başçısı Tahir Kərimovun oğlu, Umid Abuzərli tərəfindən yaradılmış şirkət vasitəsilə həyata keçirilib. Tahir Kərimov 2016-cı ildə vəzifəsindən azad edilmişdi. Bu barədə jurnalist Elçin Alıoğlu rəsmi Facebook hesabında paylaşıb.

Abuzərlinin yaratdığı Memaar Capital şirkəti Rumıniyanın Pipera şəhərində yerləşən və əvvəllər iş adamı Corce Bekalinin ailəsinə məxsus olan 40 villalı yaşayış kompleksini, həmçinin yerli milyonçu Ioan Peykanın qızına məxsus digər daşınmaz əmlak layihəsini satın alıb.

Tahir Kərimov 2015-ci ildə baş vermiş qalmaqaldan sonra geniş tanınmışdı — sosial şəbəkələrdə yayılan fotolarda o, Salyanda keçirilən bir tədbirdə “Roma imperatoru”na bənzər şəkildə, çiçək çələnglərindən ibarət tağın altından keçirdi və həmin çələngləri yerli məktəblilər tuturdu.

Onun oğlu Umid Abuzərli sonradan soyadını dəyişərək babasının adını götürüb. Qardaşı Xəmsə Kərimov isə 2007–2024-cü illər arasında SOCAR Petroleum SA şirkətinə rəhbərlik edib. Maraqlıdır ki, o, bu vəzifəyə təyin olunanda cəmi 23 yaşı var idi.

Memaar Capital Rumıniya bazarında bir neçə ildir fəaliyyət göstərir. Şirkət 2022-ci ildə başqa adla təsis olunub, daha sonra adını dəyişib. Bu gün şirkət üç yaşayış kompleksində 86-dan çox evə sahib olduğunu və daşınmaz əmlak sahəsində uzunillik təcrübəyə malik olduğunu bəyan edir.

Yeni layihə Harmony Homes adlandırılıb. Burada hər biri təxminən 134 kvadratmetr sahəsi olan iki mərtəbəli 40 villa yerləşir. Kompleksin ilk mərhələsi “Alexander Residence” adı ilə əvvəlki sahiblər tərəfindən 2021-ci ildə satışa çıxarılmışdı, ikinci mərhələ isə tamamilə Memaar Capital şirkətinin nəzarətinə keçib.

Bənzər Xəbərlər

25.07.2026 - 13:15Gülnar Əliyeva

İstanbulda ağır qəza - 30 yaralı

25.07.2026 - 12:50Gülnar Əliyeva

DİN əməliyyat keçirib:43 nəfər saxlanılıb

25.07.2026 - 12:30Gülnar Əliyeva

Sabah rekord İSTİ OLACAQ

25.07.2026 - 12:05Gülnar Əliyeva

İyulun sonu bu bürclər üçün sürprizlərlə gəlir – Görün nələr olacaq…

25.07.2026 - 11:50Gülnar Əliyeva

Bakıda yeni parklar hansı ərazilərdə salınacaq? – ARAŞDIRMA

25.07.2026 - 11:20Gülnar Əliyeva

Rusiyada yaşayanlara XƏBƏRDARLIQ: Pul köçürmələri DAYANDIRILDI

25.07.2026 - 10:00Gülnar Əliyeva

İran ABŞ-a qarşı yeni planı İŞƏ SALDI – İki ölkəyə hücumun PƏRDƏARXASI

25.07.2026 - 09:31Gülnar Əliyeva

Tam hazırıq: dəhşətli savaş olacaq! – Zeynivənd

25.07.2026 - 09:27Gülnar Əliyeva

Polkovnik-leytenant vəfat etdi - FOTO

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 199

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 532

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 546

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 427
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.