Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.8992 ▼0.0061
  • 100 RUB 2.0276 ▲0.0328
  • GBP 2.2468 ▼0.0046
  • TRY 0.0344 ▼0.0001
  • CNY 0.2539 ▼0.0001
  • GEL 0.6553 ▼0.0004
  • 100 KZT 0.3762 ▲0.0011
  • UAH 0.0377 ▼0.0002
  • AED 0.4628
Cəmiyyət

Leysan olacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

Leysan olacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

Azərbaycanda avqustun 11-dək bəzi ərazilərdə leysan, şimşək və dolu gözlənilir.

Yeniera.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, avqustun 9-u axşam saatlarından başlayaraq 11-dək Azərbaycanın qərb rayonlarından başlayaraq əsasən dağlıq və dağətəyi ərazilərdə arabir yağış yağacağı gözlənilir.

Qeyd olunub ki, ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal edilir.

Məlumata görə, gözlənilən yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı ehtimal olunur.

Paylaş: