Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.9055 ▲0.0063
  • 100 RUB 2.0299 ▲0.0023
  • GBP 2.2567 ▲0.0099
  • TRY 0.0344
  • CNY 0.2540 ▲0.0001
  • GEL 0.6548 ▼0.0005
  • 100 KZT 0.3788 ▲0.0026
  • UAH 0.0377
  • AED 0.4628
Dünya

Maduro: ABŞ-nin Karib hövzəsindəki hərəkətləri təcavüzdür

Maduro: ABŞ-nin Karib hövzəsindəki hərəkətləri təcavüzdür

Venesuela Prezidenti Nikolas Maduro ABŞ-nin Hərbi Dəniz Qüvvələrinin Karib dənizində yerləşdirilməsini Bolivar respublikasına qarşı təcavüz adlandırıb.

Yeniera.az xəbər verir ki, Venesuela Prezidenti bunu özünün “Maduro ilə +” verilişində deyib.

Beynəlxalq xəbər agentlikləri “Venesuela ilə ABŞ arasında gərgin münasibətlərin olduğunu təkid edirlər, lakin düzgün ifadə gərginlik deyil, təcavüzdür”, – Venesuela lideri qeyd edib.

Prezident qeyd edib ki, ABŞ Venesuela sahillərində dinc insanlara qarşı 8 döyüş gəmisi, 1 200 raket və nüvə sualtı qayıq yerləşdirib. “Həqiqətən, bu xalq titrəyir, lakin qəzəbdən, millətçilikdən və vətənpərvərlikdən”, – Maduro fikirlərini yekunlaşdırıb.

O vurğulayıb ki, xalq və Milli Bolivar Silahlı Qüvvələri Venesuelanın ərazi bütövlüyünü, sülhünü və gələcəyini müdafiə edəcək.

Venesuela lideri Latın Amerikası və Karib Hövzəsi Dövlətləri Birliyinin bəyanatını yüksək qiymətləndirib və ABŞ-nin hərbi gəmilərinin Karib dənizinin cənubunda yerləşdirilməsi ilə bağlı ciddi narahatlıq ifadə edib.

Paylaş: