Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.8992 ▼0.0061
  • 100 RUB 2.0276 ▲0.0328
  • GBP 2.2468 ▼0.0046
  • TRY 0.0344 ▼0.0001
  • CNY 0.2539 ▼0.0001
  • GEL 0.6553 ▼0.0004
  • 100 KZT 0.3762 ▲0.0011
  • UAH 0.0377 ▼0.0002
  • AED 0.4628
Siyasət

Malayziyada yeni səfirimiz kimdir? — Dosye

Malayziyada yeni səfirimiz kimdir? — Dosye

Bu gün Prezident Əliyevin sərəncamı ilə Xəzər Fərhadov Azərbaycanın Malayziyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Yeniera.az diplomatın tərcümeyi-halını təqdim edir:

Xəzər Nadir oğlu Fərhadov 26 iyun 1975-ci ildə Şirvan şəhərində anadan olub. 1996-cı ildə Qazi Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsinin Beynəlxalq Münasibətlər fakültəsini bitirib. 2004-cü ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və Beynəlxalq Hüquq fakültəsini bitirib.

1997-ci ildən 1998-ci ilə qədər Azərbaycan XİN-in İslam Əməkdaşlıq Təşkilatı şöbəsinin köməkçisi, 1998-ci ildən 2002-ci ilə qədər XİN-in Asiya, Afrika və Latın Amerikası ölkələri şöbəsinin köməkçisi, attaşesi və üçüncü katibi, 2002-ci ildən 2006-cı ilə qədər XİN-in İkinci (Şərq) Departamentinin ikinci katibi, birinci katibi və şöbə müdiri vəzifələrində çalışıb.

2006-cı ildən 2008-ci ilə qədər Səudiyyə Ərəbistanındakı Azərbaycan səfirliyində müşavir vəzifəsini tutub. Daha sonralar, 2008-ci ildən 2019-cu ilə qədər XİN- də müxtəlif vəzifələrdə çalışıb. 2019-cu ildən 2021-ci ilə qədər xüsusi tapşırıqlar üzrə səfir vəzifəsini tutub.

16 iyul 2021-ci ildə ona ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi rütbəsi verilib.

2021-ci ildən Pakistanda səfir olub.

Türk, ingilis, rus və yapon dillərini bilir

///Demokrat.az

Paylaş: