Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.8992 ▼0.0061
  • 100 RUB 2.0276 ▲0.0328
  • GBP 2.2468 ▼0.0046
  • TRY 0.0344 ▼0.0001
  • CNY 0.2539 ▼0.0001
  • GEL 0.6553 ▼0.0004
  • 100 KZT 0.3762 ▲0.0011
  • UAH 0.0377 ▼0.0002
  • AED 0.4628
Dünya

Martirosyan: Azərbaycan Ordusu bu döyüşündən sonra…

Martirosyan: Azərbaycan Ordusu bu döyüşündən sonra…

Məğlubiyyətin qiyməti var. 2022-ci ilin sentyabr müharibəsinin siyasi nəticələri hərbi nəticələrdən az faciəli olmadı.

Yeniera.az Globalinfo.az-a istinadla xəbər verir ki, bunu erməni ictimai xadim Vahram Martirosyan yazıb.

Onun sözlərinə görə, məhz Cermuk döyüşlərində Azərbaycan Ordusunun qazandığı qələbə Ermənistanı Qarabağın üzərində rəsmi Bakının suverenliyini tanımağa məcbur edib:

“Bu döyüşdə məğlub olan tərəf (Ermənistan – red.) bir neçə həftə sonra Praqada “artsax”ı (keçmiş qondarma rejim – red.) Azərbaycanın bir hissəsi kimi tanıyaraq Cermuk müharibəsini dayandırmağın bədəlini ödədi”.

“Qarabağ Cermukda təslim edildi. Onlar üçün bu, sadəcə olaraq, “döyüşdən sonrakı döyüş” idi. Biz bu döyüşü dayandırmağın bədəlini ödədik”, – Martirosyan vurğulayıb.

Qeyd edək ki, 2022-ci ilin 12-14 sentyabr tarixlərində Ermənistan silahlı qüvvələrinin sərhəddə törətdiyi təxribatlara Azərbaycan Ordusu adekvat cavab verib. Döyüşlər zamanı Ermənistan tərəfi azı 300-ə qədər hərbi qulluqçu, xeyli sayda texnika itirib.

Paylaş: