Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Bu ərazilərdə işıq olmayacaq – Xəbərdarlıq
  • Azərbaycanın məşhur Xalq artisti vəfat etdi – FOTO
  • Yeni Daşkənddə “Azərbaycan” parkının təməli qoyuldu – Fotolar
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Özəl»Masallıda şəhid övladının faciəvi ölümü ilə bağlı anası DANIŞDI – SENSASİON TƏFƏRRÜATLAR

Masallıda şəhid övladının faciəvi ölümü ilə bağlı anası DANIŞDI -  SENSASİON TƏFƏRRÜATLAR

Özəl Ariz Əhədov22.06.2026 - 11:45
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Ötən ilin fevral ayının 19-da Masallı rayonunun Qarğalıq kəndində Vətən müharibəsi şəhidi Elvin Əzizovun 13 yaşlı oğlu Ayhan Əzizov faciəvi şəkildə vəfat edib.

Belə ki, məhkəmənin qərarına görə, şəhidin oğlu Ayhan Əzizov ehtiyatsızlıqdan odlu silahdan açılan atəş nəticəsində həyatını itirib. Hadisə 13 yaşlı Ayhanın qonşuya uşaqlarla oynamağa getməsindən sonra baş tutub.

Qeyd edək ki, Ayhanın atası Elvin Əzizov Vətən müharibəsi zamanı Füzuli döyüşlərində şəhid olub. Ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib. Ayhan Əzizov iki bacının bir qardaşı imiş.

13 yaşlı Ayhan Əzizovun anası, şəhid yoldaşı Aynurə Əzizova oğlunun qətlinin obyektiv araşdırılmamasından şikayətçidir.

Bu iddia ilə şəhid yoldaşı Aynurə Əzizova Yeniera.az-a müraciət edib.

Onun sözlərinə görə, oğlu Ayhan Əzizov ehtiyatsızlıqdan deyil, bilərəkdən öldürülüb. Oğlu ölən ana iddia edir ki, oğlunu qətlə yetirən şəxs hələ də azadlıqdadır. Hadisə düzgün araşdırılmayıb.

A.Əzizovanın dediklərinə görə, onun oğlunu 16 yaşlı yeniyetmə Ayət Əzizov qətlə yetirib, lakin törədilən cinayət əməlini cinayətkarın atası – Əlikram Əzizov üzərinə götürüb. O bildirib ki, bununla da Ayhan Əzizovun cinayət faktı gizlədilib.

Acılı ana vurğulayıb ki, Ayət onun oğlu Ayhanı öldürdükdən sonra məyus olmaqdan, qorxu hissi yaşamaqdansa, əksinə “vurdum, Ayhanı vurdum!” deyərək sevincək bir sifət alıb.

Ölən Ayhanın anası deyib ki, hadisə yerinə prokurorluq əməkdaşlarının baxış keçirməsindən sonra, əldə olunan materiallara əsasən, Elvin İbayev öz xoşu ilə hadisə şahidi ifadə verib. O, məhkəmədə şahidlik edib ki, Ayhanı Ayət vurub. Ayət özü də etiraf edib ki, Ayhanı o vurub. Ananın iddialarına əsasən, məhkəmədə Ayəti hadisə şahidi kimi qeyd ediblər.

Ana söyləyib ki, hadisə zamanı öz gözü ilə görüb ki, şahid İbayev Elvin Ayətə silahı verərək, “Apar bu silahı ikinci mərtəbəyə qoy” deyib. Ayət isə kənddə balıqları qoruduğu üçün peşəkar atıcı olub, hər gün o işlə məşğul olub.

Ana bildirib ki, onun oğlu ehtiyatsızlıqdan yox, qəsdən öldürülüb. Bunun sübutu olar

Hətta ana onu da əlavə edib ki, Ayət onun qızının və bacısının üstünə yarı gerçək, yarı zarafat kimi silah çəkib.

Ananın fikirlərinə əsasən, oğlunun cinayətini üzərinə götürən Əlikram Əzizov qısa müddət ərzində əfvə düşərək cəzadan azad edilib. Bununla barışmayan ana bildirir ki, bu işdə qaranlıq məqamlar var. Onlar Əlikram Əzizovun qısa müddətdə necə əfv edildiyini bilmək istəyirlər.

Ana deyir ki, qarşı tərəf onların emosional vəziyyətindən istifadə edərək yalan danışıb. Cinayətkarın ailəsi ilk olaraq hadisənin onların 9 yaşlı oğlu tərəfindən ehtiyatsızlıqdan törədildiyini bildirib. Qətlə yetirilən 13 yaşlı Ayhanın ailəsi cinayətkarın 9 yaşının olmasını nəzərə alaraq ondan şikayətçi olmayıb. Daha sonra hadisəsinin onların 16 yaşlı oğlu Ayət Əzizov tərəfindən törədildiyini öyrəniblər.

Ananın iddialarına görə, cinayət işi üzrə ilkin baxış Masallı rayon Prokurorluğunda keçirilib. Daha sonra rayon Prokurorluğunun təqdimatı ilə cinayət işi Masallı rayon Məhkəməsinə göndərilib. Məhkəmə araşdırılmalarından sonra hadisəni törədən cinayətkar cəzadan azad edilib.

Çarəsiz vəziyyətdə qalan ana ictimaiyyətdən və aidiyyatı qurumlardan məsələyə reaksiya verilməsini xahiş edir. Ana qeyd edir ki, qarşı tərəf cəza almamasından istifadə edərək onların ailələrini aşağılamaqdan çəkinmir. Toylarda, digər yerlərdə qarşılaşdıqda “biz ölmürük, öldürürük” kimi hədələyici ifadələr işlədərək ailənin psixoloji vəziyyətini daha sarsıdırlar.

Ailə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, vitse-prezident Mehriban xanım Əliyeva, Baş Prokuror Kamran Əliyev və Ali Məhkəmənin sədri İnam Kərimovdan şəhid övladının faciəvi ölümünün şəffaf araşdırılmasını, sözügedən prosesə xüsusi həssaslıqla diqqət göstərilməsini xahiş edib.

“İnanırıq ki, Azərbaycan hüquqi dövlətdir və heç bir cinayət cəzasız və gizli qalmır. Dövlətimə güvənərək, övladımın qatilinin tezliklə layiqli cəzasını alacağına əminik”, – deyə ana bildirib.

Xatırladaq ki, ailə hadisənin düzgün araşdırılmaması səbəbindən məhkəmə qərarından apellyasiya şikayət edib.

Hadisəyə Şirvan şəhər Apellyasiya Məhkəməsində baxılacaq. İş üzrə ilkin məhkəmə baxışı iyulun 8-ə təyin edilib.

Məqaləyə dair fotoları təqdim edirik:

Redaksiyamız tərəfindən Baş Prokurorluğa sorğu göndərilib.

Rza Əyyub

https://yeniera.az/wp-content/uploads/2026/06/WhatsApp-Video-2026-06-17-at-18.07.49.mp4

Bənzər Xəbərlər

24.08.2026 - 02:02Gülnar Əliyeva

Bu ərazilərdə işıq olmayacaq - Xəbərdarlıq

24.08.2026 - 02:00Gülnar Əliyeva

Azərbaycanın məşhur Xalq artisti vəfat etdi - FOTO

23.08.2026 - 23:23Gülnar Əliyeva

Yeni Daşkənddə “Azərbaycan” parkının təməli qoyuldu - Fotolar

23.08.2026 - 22:25Gülnar Əliyeva

“Əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirəcəyik”

23.08.2026 - 22:15Gülnar Əliyeva

Prezident Zəngəzur dəhlizi barədə danışdı

23.08.2026 - 22:10Gülnar Əliyeva

Bakıda yaşayış binasında yanğın - Video+Yenilənib

23.08.2026 - 21:40Gülnar Əliyeva

İlham Əliyevin şərəfinə verilən dövlət ziyafətinin - Menyusu

23.08.2026 - 21:35Gülnar Əliyeva

“Çox dəqiq fəaliyyət planımız var”

23.08.2026 - 21:05Gülnar Əliyeva

“İlk yardım Özbəkistan tərəfindən göstərilib”

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 872

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 966

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 924

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 744
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.