Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Ülkər Məmmədova VƏFAT ETDİ – FOTO
  • Bakının bu ərazisində evlərin qiyməti 30 faiz artacaq — AÇIQLAMA
  • Bağça müdiri olmaq istəyənlərə ŞAD XƏBƏR
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Son Dəqiqə»Mehriban Əliyeva Roma Papası XIV Leo ilə görüşüb – FOTO

Mehriban Əliyeva Roma Papası XIV Leo ilə görüşüb - FOTO

Son Dəqiqə Yeni Era17.10.2025 - 20:27
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Müqəddəs Taxt-Taca – Vatikana rəsmi səfəri çərçivəsində oktyabrın 17-də Roma Papası XIV Leo ilə görüşüb.

Yeniera.az xəbər verir ki, Roma Papası XIV Leo tərəfindən qəbul olunduğuna görə təşəkkürünü bildirən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Vatikan ilə Azərbaycan arasında son illərdə münasibətlərin, ikitərəfli əlaqələrin xeyli dərəcədə inkişaf etdiyini vurğulayıb. Birinci vitse-prezident son illər ərzində Heydər Əliyev Fondunun bərpa işlərində, həmçinin elmi araşdırmalarda, mədəni mübadilələrdə Müqəddəs Taxt-Tacla bir çox işlər gördüyünü diqqətə çatdırıb.

Birinci vitse-prezident Heydər Əliyev Fondu ilə Vatikan arasında imzalanmış sazişlərə əsasən bəzi layihələrin uğurla başa çatmasından sonra digərlərinin icrasına başlanıldığını vurğulayıb.

Mehriban Əliyeva bundan sonra da Heydər Əliyev Fondunun yeni təşəbbüslərlə çıxış edərək Müqəddəs Taxt-Tacla əməkdaşlığını genişləndirəcəyini deyib.

Görüşdə Müqəddəs Taxt-Tacın Azərbaycandakı Katolik Kilsəsinin fəaliyyəti, eyni zamanda, ikinci Katolik Kilsənin tikintisi ilə əlaqədar aparılan hazırlıq işləri barədə məlumat verilib.

Roma Papası XIV Leo Vatikan dövləti ilə Azərbaycan Respublikası arasında ikitərəfli əməkdaşlığın uzun tarixə malik olduğunu diqqətə çatdırıb. Roma Papası bir neçə il əvvəl Mehriban xanımın irəli sürdüyü təşəbbüslər sayəsində münasibətlərin xeyli inkişaf etdiyini deyərək, Birinci vitse-prezidentə təşəkkürünü bildirib. XIV Leo bu əməkdaşlığın dinlərarası və sivilizasiyalararası dialoqa çox böyük təkan verdiyini, Azərbaycanın da bu baxımdan dünya miqyasında ilk sıralarda yer aldığını qeyd edib.

Müqəddəs Taxt-Tacın rəhbəri Vatikanın Azərbaycanla bu layihələri davam etdirməkdə maraqlı olduğunu deyərək, ikinci Katolik Kilsənin tikintisinə ayrılmış torpaq sahəsinə görə təşəkkürlərini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə çatdırmağı xahiş edib. Roma Papası Heydər Əliyev Fonduna görülən işlərə görə təşəkkürünü bildirib.

Birinci vitse-prezident Mehriban Əliyeva Müqəddəs Taxt-Tacın rəhbərinə minnətdarlığını bildirərək, Roma Papasını Azərbaycana səfərə dəvət edib.

Mehriban Əliyeva Roma Papası XIV Leo ilə görüşüb - FOTO Mehriban Əliyeva Roma Papası XIV Leo ilə görüşüb - FOTO Mehriban Əliyeva Roma Papası XIV Leo ilə görüşüb - FOTO Mehriban Əliyeva Roma Papası XIV Leo ilə görüşüb - FOTO Mehriban Əliyeva Roma Papası XIV Leo ilə görüşüb - FOTO Mehriban Əliyeva Roma Papası XIV Leo ilə görüşüb - FOTO Mehriban Əliyeva Roma Papası XIV Leo ilə görüşüb - FOTO Mehriban Əliyeva Roma Papası XIV Leo ilə görüşüb - FOTO Mehriban Əliyeva Roma Papası XIV Leo ilə görüşüb - FOTO Mehriban Əliyeva Roma Papası XIV Leo ilə görüşüb - FOTO Mehriban Əliyeva Roma Papası XIV Leo ilə görüşüb - FOTO

Bənzər Xəbərlər

24.04.2026 - 23:43Ariz Əhədov

Ülkər Məmmədova VƏFAT ETDİ – FOTO

24.04.2026 - 22:50Ariz Əhədov

Bakının bu ərazisində evlərin qiyməti 30 faiz artacaq — AÇIQLAMA

24.04.2026 - 22:40Ariz Əhədov

Bağça müdiri olmaq istəyənlərə ŞAD XƏBƏR

24.04.2026 - 22:23Ariz Əhədov

Azərbaycanda minimum əməkhaqqı artırıla bilər - Bu qədər olacaq...

24.04.2026 - 18:20Ariz Əhədov

Azər Qəribin oğlunun 230 min manat borcu yaranıb

24.04.2026 - 17:55Ariz Əhədov

IV və VI siniflərdə monitorinq - Yerdəyişmə prosesi DAYANDIRILDI

24.04.2026 - 17:37Ariz Əhədov

MEDİA-dan icra hakimiyyəti ilə bağlı yayılan xəbər haqda açıqlama

24.04.2026 - 17:25Ariz Əhədov

TƏBİB islahatlarla bağlı yeni açıqlama YAYDI

24.04.2026 - 16:52Ariz Əhədov

“Bakı Marafonu 2026” qaliblərinə veriləcək mükafatlar

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 192

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:264. 991

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:074. 920

Prezident mühüm SƏRƏNCAM İMZALADI

29.10.2025 - 17:214. 113
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.