Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • “Azərbaycanda yeni qiymətləndirmə standartları və metodologiyasının əsas mərkəzi AQC-dir”
  • Türkiyədə daha bir bələdiyyə sədri saxlanıldı
  • ABŞ-də Milli Kəşfiyyatın direktoru o oldu
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»VİDEO XƏBƏRLƏR»Məşhur cərrah Aran Klinikasının yalanını belə üzə çıxardı – Görüntülər

Məşhur cərrah Aran Klinikasının yalanını belə üzə çıxardı - Görüntülər

VİDEO XƏBƏRLƏR Gülnar Əliyeva29.07.2026 - 10:25
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Səlyanda yerləşən Aran Regional Klinikası saxtakarlıqda ittiham olunur.

Yeniera.az “Bakupost”a istinadən xəbər verir ki, klinikaya məxsus rəsmi sosial media hesabında edilən paylaşım qalmaqala səbəb olub.

Belə ki, paylaşımda qeyd olunub ki, varikoz əməliyyatı klinikada ilk dəfə Bakıdan dəvət olunan uzman cərrah Dr. Seymur Məmmədov tərəfindən həyata keçirilib.

Elə hər şey bundan sonra başlayıb. Paylaşımdan xəbər tutan digər cərrah Vüqar Fəttahpur sosial şəbəkədə açıqlama verərək klinikanı yalan məlumat yaymaqda ittiham edib. O bildirib ki, sözügedən əməliyyat həmin klinikada ilk dəfə 2023-cü ildə məhz özü tərəfindən icra olunub.

V.Fəttahpur iddiasını sübut etmək üçün klinikanın rəsmi səhifəsində daha əvvəl paylaşılmış öz əməliyyat görüntülərini də yenidən yayıb:

“Klinikanın sahibindən tutmuş direktoruna qədər hamı bundan məlumatlıdır. Belə olan halda “ilk dəfə” ifadəsinin işlədilməsində məqsəd nədir? Nə vaxta qədər bəzi klinikalar və ali təhsilli həkimlər bu cür yanlış məlumatlarla insanları cəlb etməyə çalışacaqlar? Məqsəd nədir? Aran klinikasından bu məsələ ilə bağlı açıqlama gözləyirəm”.

Məsələ ilə bağlı “Bakupost”un sorğusuna klinikadan cavab olaraq bildirilib ki, açıqlama verilməyəcək.

“Bakupost”a danışan Vüqar Fəttahpur bildirib ki, baş verənlər ona təsir edib:

“Çünki həmin klinikada bu əməliyyatı ilk dəfə 2023-cü ildə mən icra etmişəm. Bundan sonra da orada bu tip əməliyyatlar bir neçə dəfə həyata keçirilib. Hər dəfə eyni əməliyyat fərqli həkim tərəfindən icra olunanda “ilk dəfə” kimi təqdim edilməlidirmi? Ümumiyyətlə, “ilk dəfə” ifadəsi tibbdə artıq bəsitləşib. Azərbaycan səhiyyəsi o qədər cılız səviyyədə deyil ki, hər dəfə bu ifadədən istifadə olunsun. Mənim fikrimcə, bu, klinikanın ucuz və səriştəsiz reklam məqsədilə yalan fakt üzərindən etdiyi davranışdır”.

>

 

 

Bənzər Xəbərlər

29.07.2026 - 11:16Gülnar Əliyeva

Keçid ballarında dəyişiklik olacaq? - AÇIQLAMA

29.07.2026 - 10:00Gülnar Əliyeva

Bu tibb mərkəzinə direktor təyin edildi - FOTO

29.07.2026 - 00:59Gülnar Əliyeva

Hacan Hacısoy vəfat etdi - FOTO

28.07.2026 - 22:36Gülnar Əliyeva

Avqustda neçə gün iş olmayacaq?

28.07.2026 - 18:15Gülnar Əliyeva

BDU tələbəsi Nərmin Məmmədzadədən IV Şuşa Qlobal Media Forumundan  müsahibəsi- VİDEO

28.07.2026 - 14:00Gülnar Əliyeva

Sabah 40° isti olacaq

28.07.2026 - 13:42Gülnar Əliyeva

Emin Ağalarov “Sea Breeze”də cərimə tətbiq etdi

28.07.2026 - 12:03Gülnar Əliyeva

İki gün su OLMAYACAQ — XƏBƏRDARLIQ

28.07.2026 - 11:50Gülnar Əliyeva

Pensiya, müavinət və təqaüdlərlə bağlı RƏSMİ AÇIQLAMA

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 286

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 568

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 592

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 464
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.