Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.8731 ▼0.0074
  • 100 RUB 2.0649 ▲0.0138
  • GBP 2.2453 ▼0.0042
  • TRY 0.0337 ▼0.0001
  • CNY 0.2548 ▼0.0001
  • GEL 0.6561
  • 100 KZT 0.3816 ▼0.0010
  • UAH 0.0375 ▲0.0001
  • AED 0.4628
Hadisə

Naxçıvanda ağır qəza oldu – Ölən və yaralananlar var

Naxçıvanda ağır qəza oldu – Ölən və yaralananlar var

Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Yeniera.az xəbər verir ki, hadisə Naxçıvan-Sədərək magistralının 22-ci kilometrliyində, Kəngərli rayonunun Kərki kəndi ərazisindən keçən hissəsində baş verib.

“Hyundai” markalı avtomobilin yoldan çıxaraq aşması nəticəsində 2010-cu il təvəllüdlü Seyidov Mirməhərrəm Afət oğlu ölüb. Avtomobildə olan 1998-ci il təvəllüdlü Məmmədova Gülşən Məmmədbağır qızı, 2009-cu il təvəllüdlü Seyidova Aytac Əli qızı, 1959-cu il təvəllüdlü Quluzadə Telli Alı qızı, 1981-ci il təvəllüdlü Seyidova Rüqəyyə Bağır qızı və 2023-cü il təvəllüdlü Məmmədov Araz Pərviz oğlu xəsarət alıblar.

Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

Paylaş: