Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Bu ərazilərdə işıq olmayacaq
  • Qeysəriyyə əməliyyatından sonra vəfat edən Səkinənin fotosu
  • Doğum tarixinizə görə 2027-ci il sizin üçün BELƏ KEÇƏCƏK
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Hadisə»Nazirlik 16 tender keçirib – Hamısında onun şirkətləri qalib gəlib

Nazirlik 16 tender keçirib - Hamısında onun şirkətləri qalib gəlib

Hadisə Gülnar Əliyeva05.10.2026 - 15:00
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Səhiyyə Nazirliyinin İnformatika və Statistika İdarəsinin yeyintidə ittiham olunan sabiq rəisi Mehdi Əmrahovun məhkəmə araşdırması davam edir.

“Qafqazinfo”nun məlumatına görə, bu işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Məhkəməyə hakim Neymət Məmmədov sədrlik edir.

Bugünkü prosesdə məlum olub ki, Mehdi Əmrahov bu yeyinti işində tək olmayıb. Onunla birgə üç nəfər tanışı – Sahib Qarayev, Arif Şıxəliyev və Yaşar Əmənova da cinayət işi açılıb. Əmrahovdan fərqli olaraq, adıçəkilən şəxslər nazirliyin işçisi deyillər. Onlar əsasən adlarına şirkət açmaq üçün müəyyən şəxsləri tapmaqda idarə rəisinə kömək olaraq tenderlərin təşkilində iştirak ediblər.

Bu işin mahiyyəti ondan ibarətdir ki, dövlət büdcəsindən müxtəlif təyinatlı materialların alınması üçün pullar ayrılıb, həmin pullar isə əsasən tenderdə iştirak edən şirkətlər vasitəsilə nağdlaşdırılaraq  mənimsənilib. Məsələn, təkcə Çarçanov ailəsinin adına açılmış şirkətlərə 250 min manat pul köçürülüb.

Mehdi Əmrahovdan başqa digərləri “yedikləri” pulları geri qaytarıblar. Bu əsasla prokurorluqda onların işinə xitam verilib. Ayrı-ayrılıqda Yaşar Əmənov 85 min, Sahib Qarayev 16 min, Arif Şıxəliyev isə 10 min manat ziyan ödəyib.

Amma maraqlı olan budur ki, onlar özlərini təqsirli bilmirlər. Məsələn: Arif Şıxəliyev 10 min ödəsə də, özünü cinayətdən xəbərsiz kimi aparıb, heç bir rolu olmadığını deyib.

Onun bu mövqeyi prokuror Valeh Ələkbərovun diqqətindən yayınmayıb. “Siz 10 min manat ziyan ödəmisiniz. Buna görə də barənizdəki cinayət işinə xitam verilib. Cinayətlə əlaqəniz yox idisə, niyə pul qaytarırdınız?! Belə şey olmur”, – deyə prokuror şahidin sözlərinə tənqidi münasibət bildirib.

Hakim Neymət Məmmədov şahidlərə xəbərdarlıq edib, onlara məhkəmədə olduqlarını xatırladıb.

Şahidlər də təsdiq ediblər ki, köçürülən pullar təyinatı üzrə xərclənməyib.

Əsasən fəhlə, bərbər, çayçı işləyən şəxslərin adlarına şirkətlər açılıb, həmin şirkətlərə köçürülən pullar da Sahib, Yaşar, Arif və başqaları vasitəsilə nağdlaşdırılaraq idarə rəisi Mehdi Əmrahova çatdırılıb.

Səhiyyə Nazirliyi tərəfindən ümumilikdə 16 tender keçirilib, demək olar, hamısında Yaşar Əmənovun şirkətləri qalib gəlib. Əmənov hakim qarşısında əməlini etiraf edib, adlarına şirkət açılan aztəminatlı şəxslərə cüzi məbləğdə pul verildiyini bildirib.

Prosesin davamında təqsirləndirilən şəxsin nazirliyə işçi kimi rəsmiləşdirdiyi Fəridə adlı qadın ifadə verib. Cinayət dövründə Əmrahov onun xalası ilə evli olub və bu qohumluğa görə Fəridəyə evdə oturmaqla maaş ödənilib. Əmrahov sonradan cinayət məsuliyyətinə cəlb olunarkən həyat yoldaşı ilə boşanıb.

Fəridənin dediyinə görə, xalası ayrıldıqdan sonra Mehdi Əmrahovla danışmırlar. O, müstəntiqə verdiyi ifadəni təsdiqləyib. Xanım şahid həyəcanlı olduğu üçün məhkəmə onun istintaqdakı ifadəsi ilə kifayətlənib.

Təqsirləndirilən şəxs şahidlərin dediklərinə “danışırlar da, nə deyə bilərəm?” deyə qeyri-müəyyən cavab verib.

Proses oktyabrın 19-u qalan şahidlərin ifadəsi ilə davam edəcək.

Qeyd edək ki, M.Əmrahov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. O, ibtidai istintaq boyu azadlıqda olub. Dövlətə dəymiş ziyanı ödəmədiyi üçün elə ilk məhkəməsində həbs edilib.

Bənzər Xəbərlər

06.10.2026 - 00:53Gülnar Əliyeva

Bu ərazilərdə işıq olmayacaq

06.10.2026 - 00:51Gülnar Əliyeva

Qeysəriyyə əməliyyatından sonra vəfat edən Səkinənin fotosu

06.10.2026 - 00:45Gülnar Əliyeva

Doğum tarixinizə görə 2027-ci il sizin üçün BELƏ KEÇƏCƏK

06.10.2026 - 00:00Gülnar Əliyeva

Qara dənizdə vurulan gəmidə ölən Məhəmmədin FOTOSU

05.10.2026 - 23:58Gülnar Əliyeva

Bu ölkəyə hava zərbələri endirildi: ölənlər var

05.10.2026 - 23:36Gülnar Əliyeva

Bu bürclərin pul qazanmaq şansı daha çoxdur

05.10.2026 - 23:34Gülnar Əliyeva

Azərbaycanda polkovnik həbs edildi

05.10.2026 - 19:00Gülnar Əliyeva

General Nizami Məmmədov haqda - Yekun qərar verildi

05.10.2026 - 18:45Gülnar Əliyeva

“Flydubai” pilotu üçün 150 min dollar toplandı

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:288. 246

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 225

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:266. 127

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 872
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.