Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyində yeni kadr təyinatları həyata keçirilib.
Yeniera.az Valyuta.az-a istinadən xəbər verir ki, təyinatlar Birliyin İstedadların İdarə Edilməsi və Biznes Tərəfdaşlığı Departamenti də daxil olmaqla, müxtəlif struktur bölmələrini əhatə edib.
Ümumilikdə 6 nəfər müxtəlif vəzifələrə təyin olunub.

Validə Orucova Gəncə Regional Qaz İstismarı İdarəsinin baş mühasib-şöbə rəisi vəzifəsinə təyin edilib.
Xəyyam İsmayılov Qarabağ Regional Qaz İstismarı İdarəsinin baş mühasib-şöbə rəisi vəzifəsinə təyin olunub.
Rəvan Əliyev isə Şəmkir Regional Qaz İstismarı İdarəsinin idarə rəisinin müavini vəzifəsinə təyin olunub.
Mirdavud Məmmədov Sumqayıt Regional Qaz İstismarı İdarəsinin baş mühasib-şöbə rəisi vəzifəsinə təyin olunub.
Bundan əlavə, Elçin İbrahimov İdarəetmə aparatının Tənzimləyici münasibətlər və normativ idarəetmə departamentində böyük mühəndis vəzifəsinə təyin edilib.

