Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • İki daimi nümayəndə geri çağırıldı – Yeni təyinat
  • Prezident ona Şöhrət ordeni verdi
  • Prezidentdən AZCON-la bağlı MÜHÜM FƏRMAN
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»İqtisadiyyat»Övladın adına keçirilən ev sonradan bölünə bilər? — Açıqlama

Övladın adına keçirilən ev sonradan bölünə bilər? — Açıqlama

İqtisadiyyat Gülnar Əliyeva06.08.2026 - 04:30
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Valideynlər sağlığında əmlakını övladlarından birinin adına rəsmiləşdirdikdə, sonradan digər vərəsələrin həmin əmlaka iddia edib-edə bilməyəcəyi ən çox mübahisə doğuran hüquqi məsələlərdən biridir. Bəzi hallarda bu cür rəsmiləşdirmə gələcək münaqişələrin qarşısını alsa da, digər hallarda vərəsələr arasında uzunmüddətli məhkəmə çəkişmələrinə səbəb olur.

Övladlardan birinin adına keçirilən əmlaka digər vərəsələrin iddia hüququ hansı hallarda yaranır?

Bu barədə açıqlama verən vəkil Amid Əsgərov bildirib ki, qanunvericilikdə tərəflər arasında mövcud olan münasibətlərin xarakterindən asılı olaraq əmlaka mülkiyyət hüququnun başqa şəxs tərəfindən əldə edilməsinin bir neçə forması nəzərdə tutulub.

“Lakin praktikada valideyn-övlad münasibətlərində əmlaka mülkiyyət hüququnun əldə edilməsi daha çox bağışlama müqaviləsinin bağlanması yolu ilə həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə bir müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir və bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Həmin Məcəllənin 667.1-ci maddəsində isə qeyd olunur ki, fəaliyyət qabiliyyətli şəxs öz əmlakı barəsində bağışlama yolu ilə yalnız o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın”.

Vəkil qeyd edib ki, məcəllənin 1200-cü maddəsinə əsasən, miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi pay hüququna malik olan şəxs, əgər bağışlanmış əşya mirasın tərkibinə daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər:

“Lakin mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçmişdirsə, həmin hədiyyə hesaba alınmır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında qeyd olunduğu kimi, tamamlanma tələbinin təmin edilməsi üçün bəzi şərtlər eyni vaxtda mövcud olmalıdır.

Belə ki, tələbi irəli sürən şəxs məcburi pay hüququna malik olan şəxslər sırasına aid olmalıdır, əşya bağışlama yolu ilə üçüncü şəxsin mülkiyyətinə verilmiş olmalıdır, əşyanın bağışlanmasından iki ildən artıq müddət keçməməlidir və həmin əşya mirasın tərkibinə daxil olsaydı, miras əmlakının həcmi artmış olardı. Beləliklə, bağışlama nəticəsində məcburi pay hüququna malik olan birinci növbə vərəsələrin qanunla təmin edilmiş payı pozulduqda, onlar bağışlanmış əşya hesabına məcburi paylarının tamamlanmasını tələb etməklə pozulmuş hüquqlarını bərpa edə bilərlər”.//Demokrat.az

Bənzər Xəbərlər

06.08.2026 - 12:42Gülnar Əliyeva

Özünü David kimi təqdim edən Kazım Abbasov ölkədən qaçdı

06.08.2026 - 12:20Gülnar Əliyeva

"Azyaşlı qızımla münasibət yaşayır": Aktrisanın ATASINDAN İDDİA

06.08.2026 - 11:20Gülnar Əliyeva

Nazir ona yüksək vəzifə verdi - FOTO

06.08.2026 - 04:28Gülnar Əliyeva

6 avqustun ulduz falı — Gəlirli gün olacaq

06.08.2026 - 04:26Gülnar Əliyeva

Oteldə Wi-Fi-yə qoşulanların NƏZƏRİNƏ — XƏBƏRDARLIQ

05.08.2026 - 16:54Gülnar Əliyeva

Nigar Fərhadın əri həbs edildi

05.08.2026 - 12:55Gülnar Əliyeva

Kardioloq həmin səs yazısının ona aid olmadığını - Açıqladı

05.08.2026 - 12:43Gülnar Əliyeva

Paşinyan onun işindən narazıdır

05.08.2026 - 12:16Gülnar Əliyeva

Qabırğası sınıb ürəyinə girmişdi - Kürəkəninə 10 il həbs verildi

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 641

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 814

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 810

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 644
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.