Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • İki daimi nümayəndə geri çağırıldı – Yeni təyinat
  • Prezident ona Şöhrət ordeni verdi
  • Prezidentdən AZCON-la bağlı MÜHÜM FƏRMAN
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Gündəm»Özünü David kimi təqdim edən Kazım Abbasov ölkədən qaçdı

Özünü David kimi təqdim edən Kazım Abbasov ölkədən qaçdı

Gündəm Gülnar Əliyeva06.08.2026 - 12:42
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Özünü yəhudi əsilli beynəlxalq hüquq müdafiəçisi kimi təqdim edən və “David Seliverstov” adı ilə tanınan şəxsin Azərbaycanı tərk etdiyi bildirilir.

Dərc olunan ifşaedici materialdan dərhal sonra həmin şəxs əvvəlcə Gürcüstana yollanıb. Bəzi məlumatlarda onun daha sonra İsrailə getdiyi iddia olunsa da, digər məlumatlara əsasən, hazırda hələ də Gürcüstandadır. Bu məlumatlar rəsmi qurumlar tərəfindən təsdiqlənməyib.

Qeyd edək ki, “David Seliverstov” özünü müxtəlif beynəlxalq hüquq müdafiə qurumlarının nümayəndəsi, yəhudi icması ilə əlaqəli şəxs və xeyriyyəçi kimi təqdim edib, Azərbaycan–İsrail münasibətlərinə dair tədbirlərdə iştirak edib, ictimai-siyasi dairələrdə geniş əlaqələr formalaşdırmağa çalışıb. Hüquq müdafiəçilərinin iddiasına görə isə Azərbaycanda bu adda rəsmi qeydiyyatda olan şəxs yoxdur və “David Seliverstov” adı ilə çıxış edən şəxsin əslində Kazım Elşən oğlu Abbasov olduğu bildirilir.

Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvləri – Səidə Qocamanlı, Səadət Bənənyarlı, Novella Cəfəroğlu və Çingiz Qənizadənin təqdim etdikləri məlumatlarda bildirilir ki, Kazım Abbasov müxtəlif dövrlərdə bir neçə dəfə məhkum olunub. Təqdim olunan məlumatlara əsasən, o, 2011-ci ildə dələduzluq ittihamı ilə saxlanılıb və azadlıqdan məhrum edilib. Daha sonra saxta sənədlərdən istifadə və vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə ilə bağlı cinayət işində də məhkum olunub. 2014-cü ildə isə külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamı ilə yenidən saxlanılıb və 2016-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edildiyi bildirilir. Hüquq müdafiəçilərinin məlumatına görə, o, 2022-ci ildə azadlığa çıxıb.

İddialara görə, azadlığa çıxdıqdan sonra Kazım Abbasov yeni kimlik formalaşdıraraq “David Seliverstov” adı ilə fəaliyyət göstərməyə başlayıb. O, müxtəlif şəxslərə problemlərinin həllində kömək edə biləcəyini bildirib, nüfuzlu çevrələrlə əlaqələrinin olduğunu vurğulayıb və bu yolla etimad qazanmağa çalışıb. Hüquq müdafiəçiləri bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət hazırladıqlarını açıqlayıblar.

Hazırda “David Seliverstov”un ölkəni tərk etməsi ilə bağlı yayılan məlumatların rəsmi təsdiqi olmasa da, məsələ ətrafında araşdırmaların davam etdiyi bildirilir./MUSAVAT.COM/

Bənzər Xəbərlər

06.08.2026 - 12:20Gülnar Əliyeva

"Azyaşlı qızımla münasibət yaşayır": Aktrisanın ATASINDAN İDDİA

06.08.2026 - 11:20Gülnar Əliyeva

Nazir ona yüksək vəzifə verdi - FOTO

06.08.2026 - 04:30Gülnar Əliyeva

Övladın adına keçirilən ev sonradan bölünə bilər? — Açıqlama

06.08.2026 - 04:28Gülnar Əliyeva

6 avqustun ulduz falı — Gəlirli gün olacaq

06.08.2026 - 04:26Gülnar Əliyeva

Oteldə Wi-Fi-yə qoşulanların NƏZƏRİNƏ — XƏBƏRDARLIQ

05.08.2026 - 16:54Gülnar Əliyeva

Nigar Fərhadın əri həbs edildi

05.08.2026 - 12:55Gülnar Əliyeva

Kardioloq həmin səs yazısının ona aid olmadığını - Açıqladı

05.08.2026 - 12:43Gülnar Əliyeva

Paşinyan onun işindən narazıdır

05.08.2026 - 12:16Gülnar Əliyeva

Qabırğası sınıb ürəyinə girmişdi - Kürəkəninə 10 il həbs verildi

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 641

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 814

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 810

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 644
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.