Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • “Biz onda “Qarabağ”ı belə qəbul etməmişdik” – Tahir Gözəl
  • Serdar Ortaç vəsiyyətini açıqladı
  • Mədən çökdü: 11 nəfər öldü – bu ölkədə
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Cəmiyyət»Pensiya ilə bağlı MÜHÜM AÇIQLAMA

Pensiya ilə bağlı MÜHÜM AÇIQLAMA

Cəmiyyət Gülnar Əliyeva11.07.2026 - 19:05
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Artıq ödənilmiş pensiya məbləğlərinin illər sonra vətəndaşlardan geri tələb olunması cəmiyyətdə müzakirə doğuran məsələlərdən biridir. Xüsusilə ödənişin vətəndaşın deyil, dövlət orqanının texniki və ya inzibati səhvi nəticəsində yaranması belə hallarda məsuliyyətin kimə aid olması ilə bağlı sualları gündəmə gətirir.

Bəs qanunvericilikdə dəyişiklik edilərək artıq ödənilmiş pensiya məbləğlərinin geri tutulması ilə bağlı müddətin maksimum 1 ilə endirilməsi mümkündürmü?

Yeniera.az xəbər verir ki, mövzu ilə bağlı KONKRET.az-a danışan beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis Asif İbrahimov bildirib ki, sosial təminat sistemi dövlətlə vətəndaş arasında etimadın əsas sütunlarından biridir və pensiya hüququ Konstitusiya ilə qorunan sosial müdafiə hüququnun ayrılmaz hissəsidir.

“Pensiya münasibətlərini tənzimləyən qanunvericilik sosial ədalət, hüquqi müəyyənlik və proporsionallıq prinsiplərinə əsaslanmalıdır. Lakin praktikada dövlət orqanlarının texniki və ya inzibati səhvləri nəticəsində vətəndaşlara artıq pensiya ödənildiyi, bu səhvlərin isə uzun müddət sonra aşkarlanaraq həmin vəsaitlərin geri qaytarılmasının tələb edildiyi hallar müşahidə olunur.

Vətəndaş saxta məlumat təqdim etməyibsə, aldatma və ya digər qanunsuz hərəkətlərə yol verməyibsə, dövlət öz inzibati səhvinin nəticələrini onun üzərinə yükləməməlidir.

Əgər artıq ödəniş vətəndaşın təqsiri olmadan yaranıbsa, dövlət öz idarəetməsində buraxdığı nöqsanların məsuliyyətini vətəndaşa ötürə bilməz. Belə hallarda məsuliyyət ilk növbədə həmin idarəçiliyi həyata keçirən dövlət qurumunun üzərinə düşməlidir.”

Asif İbrahimovun fikrincə, artıq ödənilmiş pensiya məbləğlərinin geri tələb edilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulan müddət maksimum 1 il olmalıdır.

“Bu yanaşma dövlət qurumlarını daha operativ fəaliyyət göstərməyə təşviq edəcək, eyni zamanda pensiyaçıların illər sonra gözlənilməz maliyyə öhdəlikləri ilə üzləşməsinin qarşısını alacaq.

Hüquqi müəyyənlik prinsipi vətəndaşın dövlət tərəfindən ödənilən vəsaitin qanuni olduğuna inanmasına imkan verməlidir. Pensiyaçı aldığı vəsaiti gündəlik yaşayışına, müalicəsinə və digər zəruri ehtiyaclarına sərf etdikdən illər keçəndən sonra həmin məbləğin geri tələb olunması nə sosial ədalətə, nə də vicdanlı idarəçilik prinsiplərinə uyğundur”.

Asif İbrahimov beynəlxalq təcrübədə də vicdanlı davranmış şəxslərin hüquqlarının qorunmasına üstünlük verildiyini qeyd edib. O, bildirib ki, dövlətin texniki və ya inzibati səhvi vətəndaşın sosial rifahını pozan vasitəyə çevrilməməlidir.

Ekspert qanunvericiliyə aşağıdakı istiqamətlərdə dəyişikliklərin edilməsini məqsədəuyğun hesab edir:

* artıq ödənilmiş pensiya məbləğlərinin geri tələb olunması müddətinin maksimum 1 il müəyyən edilməsi;

* artıq ödəniş vətəndaşın təqsiri olmadan yaranıbsa, geri tələb edilməsinin yalnız müstəsna hallarda mümkün olması;

* saxtakarlıq və ya qəsdən yanlış məlumat vermə halları istisna olmaqla, dövlət orqanının səhvinə görə vətəndaşın məsuliyyət daşımaması;

* sosial təminat sahəsində aradan qaldırılması mümkün olmayan hüquqi qeyri-müəyyənliklərin və mübahisəli halların vətəndaşın xeyrinə şərh edilməsinin qanunvericilikdə açıq şəkildə təsbit olunması.

Asif İbrahimovun qənaətincə, belə dəyişikliklər sosial ədalətin möhkəmlənməsinə, hüquqi müəyyənliyin təmin edilməsinə və vətəndaşların dövlətə olan etimadının güclənməsinə xidmət göstərəcək. O, vurğulayıb ki, sosial dövlətin əsas prinsipi dövlətin inzibati səhvlərinin yükünü ən həssas təbəqənin üzərinə qoymamasıdır.

Bənzər Xəbərlər

21.09.2026 - 23:20Gülnar Əliyeva

“Biz onda “Qarabağ”ı belə qəbul etməmişdik” - Tahir Gözəl

21.09.2026 - 23:10Gülnar Əliyeva

Serdar Ortaç vəsiyyətini açıqladı

21.09.2026 - 23:00Gülnar Əliyeva

Mədən çökdü: 11 nəfər öldü - bu ölkədə

21.09.2026 - 22:22Gülnar Əliyeva

“Azərbaycanla Ermənistan arasındakı sülh prosesini dəstəkləyirik” - Hakan Fidan

21.09.2026 - 22:13Gülnar Əliyeva

Bu ərazilərdə qaz olmayacaq

21.09.2026 - 22:08Gülnar Əliyeva

Səhhəti ağırlaşan Firuzə İbadovanın son vəziyyəti açıqlandı

21.09.2026 - 20:10Gülnar Əliyeva

Putinin partiyası qalib gəldi

21.09.2026 - 20:10Gülnar Əliyeva

Maliyyə sıxıntıları bitir - 3 bürc üçün bolluq dövrü başlayır

21.09.2026 - 19:00Gülnar Əliyeva

Nazirlər Kabinetindən məktəblərlə bağlı mühüm qərar:5 iş günü müddətində...

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:288. 072

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 105

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:266. 026

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 820
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.