Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.8805
  • 100 RUB 2.0511
  • GBP 2.2495
  • TRY 0.0338
  • CNY 0.2549
  • GEL 0.6561
  • 100 KZT 0.3826
  • UAH 0.0374
  • AED 0.4628
Cəmiyyət

Polad Həşimovun anasının vəziyyəti necədir?

Polad Həşimovun anasının vəziyyəti necədir?

Səhhətində problemlər yarandığına görə bir neçə gün öncə xəstəxanaya yerləşdirilən Milli Qəhrəman general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın vəziyyəti açıqlanıb.

Sumqayıt Tibb Mərkəzindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, 1949-cu il təvəllüdlü pasiyentin müalicəsi 2 nömrəli Şəhər Xəstəxanasında davam etdirilir.

“Hazırda pasiyentin ümumi vəziyyəti stabildir. Müalicəsi və səhhətinin dinamik müşahidəsi həkim nəzarəti altında davam etdirilir”, – məlumatda vurğulanıb.

Paylaş: