Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.8992 ▼0.0061
  • 100 RUB 2.0276 ▲0.0328
  • GBP 2.2468 ▼0.0046
  • TRY 0.0344 ▼0.0001
  • CNY 0.2539 ▼0.0001
  • GEL 0.6553 ▼0.0004
  • 100 KZT 0.3762 ▲0.0011
  • UAH 0.0377 ▼0.0002
  • AED 0.4628
İdman

Premyer Liqa: “Sabah” “Sumqayıt”ın qonağı olacaq

Premyer Liqa: “Sabah” “Sumqayıt”ın qonağı olacaq

Misli Premyer Liqasında bu gün 2025-ci ilin son oyunu keçiriləcək.

Yeniera.az-ın məlumatına görə, XVI turun sonuncu matçında “Sabah” səfərdə “Sumqayıt”la üz-üzə gələcək.

Qarşılaşma Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda, saat 19:30-da start götürəcək.

Hazırda 34 xalla ikinci pillədə qərarlaşan qonaqlar qələbə qazanacağı təqdirdə mövsümün ilk yarısını lider kimi başa vuracaq. “Gənclik şəhəri” təmsilçisi 27 xalla dördüncüdür.

Misli Premyer Liqası

I dövrə

XVI tur

22 dekabr

19:30. “Sumqayıt” – “Sabah”

Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rəhman İmami, Rəvan Həmzəzadə.

VAR: İnqilab Məmmədov.

AVAR: Kamran Bayramov.

Hakim-inspektor: Ceyhun Haşımov.

AFFA nümayəndəsi: Nəriman Axundov.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

Qeyd edək ki, bu turda “Turan Tovuz” “Kəpəz”i (2:0), “Neftçi” “Karvan-Yevlax”ı (2:1), “Qarabağ” “Qəbələ”ni (2:1), “Araz-Naxçıvan” “Şamaxı”nı (2:0) məğlub edib. “Zirə” – “İmişli” oyununda isə qol vurulmayıb.

Paylaş: