Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.9053
  • 100 RUB 1.9948
  • GBP 2.2514
  • TRY 0.0345
  • CNY 0.2540
  • GEL 0.6557
  • 100 KZT 0.3751
  • UAH 0.0379
  • AED 0.4628
Siyasət

Prezident bu qanunu təsdiqlədi

Prezident bu qanunu təsdiqlədi

Prezident İlham Əliyev Milli Məclisin dekabrın 9-da qəbul etdiyi “2026-cı il dövlət büdcəsi haqqında” qanunu təsdiqləyib.

Yeniera.az xəbər verir ki, qanuna əsasən, gələn il büdcə gəlirlərinin 38 milyard 609 milyon manat (2025-ci ilin təsdiq olunmuş proqnozuna nisbətən 0,7 % çox), xərclərinin isə 41 milyard 703,6 milyon manat (+0,7 %) olacağı gözlənilir.

Son nəticədə dövlət büdcəsində 3 milyard 94,6 milyon manat kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 1,4 % çoxdur.

2026-cı ildə Azərbaycanın icmal büdcəsinin gəlirlərinin isə 44 milyard 969,4 milyon manat, xərclərinin isə 48 milyard 839,3 milyon manat olacağı gözlənilir.

Bunlar 2025-ci ilin təsdiq olunmuş proqnozlarına nisbətən müvafiq olaraq 2,3 % və 2,5 % çoxdur.

Son nəticədə icmal büdcədə 3 milyard 869,3 milyon manat kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 5,2 % çoxdur.

Büdcədə neftin 1 barelinin qiyməti 65 ABŞ dolları götürülüb.

Paylaş: