Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • İlon Mask 4 uşağının anasından ayrıldı
  • Xəzərdəki hadisəyə görə onları da vəzifədən azad etdi
  • 100 günün, həsrətin və toy günümüzün hekayəsi
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Siyasət»Prezident Vizeri qəbul edib ordenini təqdim etdi – Fotolar

Prezident Vizeri qəbul edib ordenini təqdim etdi - Fotolar

Siyasət Gülnar Əliyeva03.10.2026 - 11:30
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 3-də Beynəlxalq Cüdo Federasiyasının prezidenti Ladislau-Marius Vizeri qəbul edib.

Yeniera.az xəbər verir ki, dövlət başçısı Azərbaycanda cüdonun inkişafına, həmçinin Bakıda bu idman növü üzrə dünya çempionatının keçirilməsinə göstərdiyi dəstəyə görə Ladislau-Marius Vizerə minnətdarlığını bildirdi, artıq ikinci dəfədir ölkəmizin bu mötəbər idman tədbirinə ev sahibliyi etdiyini dedi. Prezident İlham Əliyev çempionatın yüksək səviyyədə keçiriləcəyinə əminliyini ifadə etdi.

Dövlət başçısı cüdonun ölkəmizdə məşhur və ən çox medal gətirən idman növlərindən biri olduğunu dedi, bu xüsusda cüdoçularımızın mötəbər yarışlarda qazandıqları medalları vurğuladı.

Azərbaycan Prezidenti idman sahəsində əldə olunmuş uğurlarda paytaxt Bakı ilə yanaşı, regionlarımızda da yaradılmış müasir idman infrastrukturunun roluna toxundu.

Qəbula və Bakıda cüdo üzrə dünya çempionatının yüksək səviyyədə təşkilinə görə dövlətimizin başçısına minnətdarlığını bildirən Ladislau-Marius Vizer müxtəlif idman tədbirlərində cüdoçularımızın qazandıqları medallar münasibətilə təbriklərini çatdırdı.

Qonaq ölkəmizdə cüdo idman növünün inkişafına verdiyi dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür etdi.

Görüşdə Azərbaycanın Beynəlxalq Cüdo Federasiyasının fəal üzvü olduğu məmnunluqla qeyd edildi, bu qurumla Azərbaycan Cüdo Federasiyası arasında həyata keçirilən uğurlu əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıldı.

Sonda Prezident İlham Əliyev Ladislau-Marius Vizerə “Dostluq” ordenini təqdim etdi. Qonaq fəaliyyətinə verilən yüksək qiymətə görə minnətdarlığını bildirdi.

Qeyd edək ki, Ladislau-Marius Vizer ölkəmizdə və beynəlxalq səviyyədə cüdo idman növünün inkişafı sahəsində səmərəli fəaliyyətinə və verdiyi töhfəyə görə Azərbaycan Prezidentinin Sərəncamı ilə bu ordenlə təltif olunub.




Bənzər Xəbərlər

03.10.2026 - 17:26Gülnar Əliyeva

Əliyev ad çəkmədi, amma mesaj verdi: Qat-qat baha almışıq! 

03.10.2026 - 17:25Gülnar Əliyeva

Gələn ay səlahiyyət müddəti bitir - YENİDƏN SEÇİLƏCƏK?

03.10.2026 - 13:30Gülnar Əliyeva

Bayramov Əraqçi ilə danışdı - Yenilənib

03.10.2026 - 11:40Gülnar Əliyeva

İlham Əliyev həmkarlarına təbrik məktubu ünvanladı

03.10.2026 - 10:20Gülnar Əliyeva

Prezident onu “Dostluq” ordeni ilə təltif etdi

02.10.2026 - 18:30Gülnar Əliyeva

Tanınmış simalar YAP-ın İdarə Heyətinin yeni tərkibində

02.10.2026 - 18:15Gülnar Əliyeva

Prezidentin sosial media hesablarında YAP-ın Qurultayı ilə bağlı videoçarx paylaşıldı

02.10.2026 - 18:05Gülnar Əliyeva

Avropa İttifaqı Şurasının üzvləri Şuşada olublar - Fotolar

02.10.2026 - 17:38Gülnar Əliyeva

“Artıq dünyada bilməyən yoxdur ki, sözümüz imzamız qədər dəyərlidir”

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:288. 237

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 216

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:266. 123

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 869
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.