Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.8805
  • 100 RUB 2.0511
  • GBP 2.2495
  • TRY 0.0338
  • CNY 0.2549
  • GEL 0.6561
  • 100 KZT 0.3826
  • UAH 0.0374
  • AED 0.4628
İdman

“Qarabağ” Avropa Liqasında ilk oyuna çıxır

“Qarabağ” Avropa Liqasında ilk oyuna çıxır

Bu gün Azərbaycan təmsilçisi “Qarabağ” Avropa Liqasının 2026/27 mövsümündə mübarizəyə başlayır.

Yeniera.az xəbər verir ki, Ağdam təmsilçisi 1-ci təsnifat mərhələsi çərçivəsində İslandiya “Vestri”si ilə ilk oyuna çıxacaq.

Saat 20:00-da başlayacaq Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüşü Roman Jitar (Moldova) idarə edəcək.

Bu komandalar arasında cavab oyunu iyulun 17-də İslandiyada keçiriləcək. Cütün qalibi 2-ci təsnifat mərhələsində SSKA (Sofiya, Bolqarıstan) – “Derri Siti” (İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq.

“Qarabağ” – “Vestri” cütünün məğlubu isə Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Qlentoran” (Şimali İrlandiya) – RFS (Latviya) cütünün qalibi ilə üz-üzə gələcək.

Avropa Liqası, 1-ci təsnifat mərhələsi, ilk oyunlar

20:00. “Qarabağ” (Azərbaycan) – “Vestri” (İslandiya).

Hakimlər: Roman Jitar, Vlad Lifçu, Vadim Vikol, Andrey Bregutse (Moldova).

VAR: Luka Çibelli (İsveçrə).

Paylaş: