Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.9023 ▲0.0023
  • 100 RUB 2.0943 ▼0.0175
  • GBP 2.2794 ▲0.0025
  • TRY 0.0340
  • CNY 0.2548 ▼0.0009
  • GEL 0.6552 ▼0.0009
  • 100 KZT 0.3751 ▲0.0008
  • UAH 0.0372 ▼0.0003
  • AED 0.4628
Hadisə

Qarabağa turla gedənlər qəzaya düşüb: YARALILAR VAR

Qarabağa turla gedənlər qəzaya düşüb:  YARALILAR VAR

Ağdərə rayonunda tur iştirakçılarını daşıyan mikroavtobusun qəzaya uğraması nəticəsində iki nəfər xəsarət alıb.

Yeniera.az xəbər verir ki, yol-nəqliyyat hadisəsi rayonun Vəngli kəndi ərazisində qeydə alınıb.

Məlumata görə, hərəkətdə olan mikroavtobus qarşıdan gələn minik avtomobili ilə toqquşub. Qəza nəticəsində mikroavtobusda olan sərnişinlərdən — 1984-cü il təvəllüdlü İmanova Raidə Bəxtiyar qızı, 1989-cu il təvəllüdlü Həsənova Həcər Əli qızı, 2011-ci il təvəllüdlü Babayeva Minarə Elnur qızı, 2018-ci il təvəllüdlü İmanov Hüseyn Pərviz oğlu və 1966-cı il təvəllüdlü Hacıyeva Nərgiz Əmrah qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar təcili tibbi yardım avtomobilləri ilə Bərdə Müalicə-Diagnostika Mərkəzinə çatdırılıblar.

Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır. \ Teleqraf

Paylaş: