Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Əli Əsədovun biznes və tikinti imperiyası – FOTOLAR
  • 11 illik buraxılış imtahanının nəticələri – Açıqlandı
  • İran Hörmüz boğazını açdı
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»İqtisadiyyat»Qiymətləndiricilərin hüquqlarını pozan hallara qarşı mübarizə aparılacaq – AQC

Qiymətləndiricilərin hüquqlarını pozan hallara qarşı mübarizə aparılacaq - AQC

İqtisadiyyat Ariz Əhədov17.04.2026 - 16:58
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

AQC tərkibində Azərbaycan Qiymətləndiricilər Palatasının problem yaratdığı qiymətləndiricilərin hüquqlarının müdafiəsi məqsədilə xüsusi departament yaradılacaq.

Yeniera.az xəbər verir ki, bunu açıqlamasında AQC İdarə Heyəti sədrinin müavini Nail Həşimov deyib. Onun sözlərinə görə, bu barədə AQC İdarə Heyətinin iclasında qərar qəbul edilib.

“Son günlər Palata tərəfindən qiymətləndiricilərlə qeyri-rəsmi görüşlər keçirilir və onlara ictimai fəaliyyətin qadağan edilməsi ilə bağlı xəbərdarlıq olunur. Xüsusilə də AQC sıralarında olan şirkət rəhbərləri və qiymətləndiricilər bu təzyiqlərə məruz qalır. Onların qarşısında qoyulan əsas tələb ‘ya AQC, ya biz’dir. Təzyiqlərin əsas motivi isə qiymətləndirmə hesabatlarında ‘səhvlərin’ aşkarlanacağı və ardıcıl töhmətlər verilərək qiymətləndiricilərin AQP sıralarından xaric olunacağıdır. Bu isə qanunvericiliklə qiymətləndirmə fəaliyyətini məhdudlaşdırır.”

Sədr müavini bildirib ki, hakimlər yeni qaydalara əsasən qiymətləndiricilərdən Palatanın QR kodunu tələb edə bilməz:

“AQC-nin təşəbbüsü ilə Məhkəmə-Hüquq Şurası və AKİA QR kod tələbini ləğv edib. İş bölgüsünə gəldikdə isə Palata işverən qurum deyil. ‘Qiymətləndirmə fəaliyyəti haqqında’ Qanunun 9.2-ci maddəsinə görə, yalnız məhkəmə tərəfindən təyin edilmiş qiymətləndirici şirkətlə bağlı tərəflər razılığa gəlmədikdə məhkəmə bunu Palataya həvalə edə bilər. Digər hallarda isə Palatanın iş bölgüsü aparmaq və qiymətləndirici təyin etmək səlahiyyəti yoxdur. Məhz buna görə də QR kod tələbi qanunsuzdur.”

Nail Həşimov onu da əlavə edib ki, bununla bağlı AQC-yə çoxsaylı şikayətlər daxil olub:

“Cəmiyyət olaraq bütün qiymətləndiricilərin yanındayıq və onların hüquqlarının qorunması üçün fəaliyyətimiz davam edəcək. Süni əngəllərlə qarşılaşan AQC üzvləri və ümumiyyətlə bütün qiymətləndiricilər yeni yaradılacaq departamentə müraciət edə bilərlər.”

Bənzər Xəbərlər

17.04.2026 - 17:54Ariz Əhədov

11 illik buraxılış imtahanının nəticələri - Açıqlandı

17.04.2026 - 17:40Ariz Əhədov

İran Hörmüz boğazını açdı

17.04.2026 - 17:18Ariz Əhədov

Dolu, qar, sel... - Xəbərdarlıq - Yenilənib

17.04.2026 - 17:04Ariz Əhədov

Vaqif Əmiraslanın “Gülüstan” pyesi əsasında eyni adlı tamaşasının məşqlərinə başlanılıb…

17.04.2026 - 16:43Ariz Əhədov

Binəqədidə DƏHŞƏT YAŞANDI: Ölənlər var 

17.04.2026 - 16:18Ariz Əhədov

Hakan Fidan dördtərəfli zirvə görüşünə sədrlik edəcək

17.04.2026 - 15:54Ariz Əhədov

Sel Mikayıl Müşfiqin xatirə muzeyini zədələdi - Foto

17.04.2026 - 15:28Ariz Əhədov

Güclü külək əsəcək - Xəbərdarlıq

17.04.2026 - 15:15Ariz Əhədov

Baş nazirdən aeroportlarla bağlı - Qərar

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 031

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:264. 879

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:074. 872

Prezident mühüm SƏRƏNCAM İMZALADI

29.10.2025 - 17:214. 040
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.