Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • “WhatsApp”dan yeni funksiya: Artıq özü xatırladacaq
  • Uşaqları bu saatlarda dənizə aparmayın – XƏBƏRDARLIQ
  • Bu ərazilərdə işıq olmayacaq
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Cəmiyyət»“Referans” klinikası ilə bağlı pasiyent şikayəti: Xəstələr narazıdır

“Referans” klinikası ilə bağlı pasiyent şikayəti: Xəstələr narazıdır

Cəmiyyət Emin Farzaliyev27.01.2026 - 01:54
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

“Xəstələri nəzərə almadan musiqiyə qulaq asır, mahnı oxuyurlar” – “Referans” klinikasından şikayət

Müalicə və müayinə üçün “Referans VİP” klinikasının “28 May” filialına yaxınlaşan pasiyent klinikanın həkim heyətinin pasiyentlərə qarşı münasibətindən dəhşətə gəlib.

Bu barədə şikayətçi Aylin Elçin sosial şəbəkə hesabında yazıb.

Bildirib ki, klinika heyəti xəstələri nəzərə almadan klinikada yüksək səslə musiqiyə qulaq asır, mahnı oxuyurlar:

“16 yanvar tarixində, təxminən saat 16:00 radələrində” Referans VİP” klinikasına qəbul üçün yaxınlaşdıq.

Burada personalın özünü aparması, daha doğrusu, apara bilməməsi bizi olduqca təəccübləndirdi.

Qəbul şöbəsində yerləşən otaqdan yüksək səslə danışmaq, gülmək kimi səslər gəlirdi, sakitliyə riayət olunmurdu.

İlkin olaraq buna çox da əhəmiyyət vermədim, lakin bir müddət sonra əməkdaşlardan birinin İbrahim Tatlısəsin “Aramam Soramam” mahnısını qoşub yüksək səslə (hətta deyərdim ki, qışqıraraq) oxumağa başlamasına əhəmiyyət verməmək mümkün deyildi.

Bir anlıq harada olduğumu unutdum: karaoke, yoxsa restoran? Ən çox məni təəccübləndirən isə personalın bu qədər rahat olmağı idi.

Personalın iş yerini karaoke məkanı ilə səhv salması aydın şəkildə bəlli idi, eyni zamanda işçilərə nəzarətin olmaması da hiss olunurdu.

Tibbi müəssisədə bu cür davranış yolverilməzdir və klinikanın etik qaydalarına, eləcə də pasiyentlərə qarşı hörmətsizlikdir. Şəxsən mən kiminsə ucadan oxuduğu mahnını dinləmək məcburiyyətində qalmağı xoş hesab etmirəm.

Ümid edirəm ki, rəhbərlik personalına elementar etik davranış qaydalarını izah edər”.

Narahatlıq yaradan məsələ ilə bağlı sözügedən klinika ilə əlaqə saxlamağa çalışdıq. Lakin dəfələrlə zəng etməyimizə baxmayaraq, bizə cavab verən olmadı. Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
“Referans” klinikasında pasiyentlərə belə xidmət göstərilir? -Şikayət
“Referans” klinikasında pasiyentlərə belə xidmət göstərilir? -Şikayət

Qeyd edək ki, “Refernans” klinikası “Referans Medical Group”a daxildir.

“Referans Medical Group”un Müşahidə Şurasının rəhbəri Hansıyar Babayev, direktoru Elgiz Dadaşovdur.
///Tribuna.az

Bənzər Xəbərlər

10.07.2026 - 23:54Gülnar Əliyeva

“WhatsApp”dan yeni funksiya: Artıq özü xatırladacaq

10.07.2026 - 23:53Gülnar Əliyeva

Uşaqları bu saatlarda dənizə aparmayın - XƏBƏRDARLIQ

10.07.2026 - 23:50Gülnar Əliyeva

Bu ərazilərdə işıq olmayacaq

10.07.2026 - 23:49Gülnar Əliyeva

Bakıda partlayışda yaralanan ər-arvad xəstəxanada öldülər

10.07.2026 - 23:00Gülnar Əliyeva

Bakı-Naxçıvan reysləri buna görə ləğv edilirmiş - RƏSMİ

10.07.2026 - 22:45Gülnar Əliyeva

Bu ölkədə üçgünlük matəm elan edildi

10.07.2026 - 22:30Gülnar Əliyeva

Qorxmaz Əlili ilə bağlı ÜZÜCÜ XƏBƏR

10.07.2026 - 22:15Gülnar Əliyeva

Hesablama Palatasının səlahiyyətləri artırıldı

10.07.2026 - 22:00Gülnar Əliyeva

Afət Seyidzadəyə VƏZİFƏ VERİLDİ - FOTO

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 969

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 382

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 447

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 207
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.