Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.8992
  • 100 RUB 2.0276
  • GBP 2.2468
  • TRY 0.0344
  • CNY 0.2539
  • GEL 0.6553
  • 100 KZT 0.3762
  • UAH 0.0377
  • AED 0.4628
Dünya

Şərtlərimiz yerinə yetirilməsə, Qəzza məhv ediləcək – Katz

Şərtlərimiz yerinə yetirilməsə, Qəzza məhv ediləcək – Katz

İsrailin müdafiə naziri İsrael Katz HAMAS-ın silahı yerə qoymayacağı və girovları azad buraxmayacağı təqdirdə, Qəzzanı məhv etməklə hədələyib.

Yeniera.az “The Times of Israel” qəzetinə istinadən xəbər verir ki, Katz Qəzza şəhərinin HAMAS-ın simvolu olduğunu bildirib.

“Biz HAMAS-dan iki şey istəyirik: girovları azad etsin və silahı yerə qoysun. Biz Qəzzanı ələ keçirmək istəyirik. Çünki Qəzza HAMAS-ın simvoludur. Qəzza süqut etsə, HAMAS da süqut edəcək”,- Katz vurğulayıb.

O, HAMAS-ın keçmiş liderləri olan Yəhya və Məhəmməd Sinvar qardaşlarını misal gətirərək xəbərdarlıq edib ki, əgər HAMAS-ın yeni hərbi lideri İzzəddin Həddad da sələfləri ilə eyni yolu getsə, Qəzza məhvə sürüklənəcək.

Paylaş: