Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Əhali Moskvadan QAÇIR: Rusiya TƏSLİM OLACAQ?
  • Bu şəxlsər üçün kritik 48 saat – Ölümcül ola bilər
  • Rekord istilər, dolu və sel təhlükəsi… – Yayın havası ilə bağlı KRİTİK PROQNOZ
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Gündəm»Sabiq icra başçısı “ağılsızlıqdır”, Bakı Metropoliteni “mümkündür” dedi

Sabiq icra başçısı “ağılsızlıqdır”, Bakı Metropoliteni “mümkündür” dedi

Gündəm Ariz Əhədov29.04.2026 - 14:11
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Yasamal Rayon İcra Hakimiyyətinin sabiq başçısı, QHT rəhbəri Sahib Məmmədov metronun “Nizami” stansiyasının yaxınlığında “B-5” stansiyasının tikilməsi layihəsini “ağılsızlıq” adlandırıb.

Yeniera.az xəbər verir ki, o, sosial şəbəkədə paylaşım edərək Mərkəzi Parkın altında yerləşəcək və “Nizami” stansiyasına qoşulmanı təmin edəcək stansiyanın uğursuz olacağını deyib.

“Bu sadəcə ağılsızlıqdır. “28 May – Nizami” xətti onsuz da kesson üsulu ilə tikilib. Tikiləndən sonra xəttin biri çöküb və sonradan 6 ay ərzində bərkidilib. Həmin ərazi yeraltı suların aktiv zonasıdır. Son dərəcə böyük xərc tələb edən səmərəsiz və təhlükə yarada bilən layihədir. Ərazinin hidrogeoloji şəraiti belə layihələrin icrasına imkan vermir”, – deyə S.Məmmədov fikirlərini əsaslandırmağa çalışıb.

Bakı Metropolitenindən mövzu ilə bağlı sorğumuza cavab olaraq bildirildi ki, ərazidə tunel və stansiya qazıntısının təhlükəsiz aparılması mümkündür: “2025-2030-cu illəri əhatə edən Dövlət Proqramında Bakı Metropoliteninin inşası nəzərdə tutulan 10 stansiyasından 6-sı Bənövşəyi xətdə yerləşəcək. Əsas məqsəd şəhərin şimal istiqamətindən başlanan metro xəttinin mərkəzdən keçməklə paytaxtın şərqinə doğru uzadılmasıdır. Bakıda nəqliyyat təhlilləri, həmçinin rəqəmsal əkiz modeli əsasında toplanmış məlumat bazası, simulyasiyalar da prioritet məsələlər sırasında bu xəttin uzadılmasının xüsusi əhəmiyyətini əyani nümayiş etdirib.

Layihə adı “B-5” olan stansiya Bənövşəyi xəttin üzərində yerləşəcək və Yaşıl xəttin “Nizami” stansiyasına keçid inşa ediləcək. Metro prinsiplərində xətlərdən bir-birinə keçidlər sərnişin axınının tənzimlənməsi, insanlara daha çeşidli, uyğun və rahat nəqliyyat şəraitinin yaradılması, nəqliyyat inteqrasiyasının optimallaşdırılması və genişləndirilməsinə imkan verir. Bundan savayı, bu keçid “Nizami” stansiyasında dərin özüllü stansiyalar üçün mühüm əhəmiyyət kəsb edən ikinci çıxışı da təmin edəcək.

Bakının mürəkkəb hidrogeoloji şəraiti ilə seçilən ərazisində yerləşməsi nəzərə alınaraq, layihələndirmə zamanı stansiyanın və tunellərin tikintisində geoloji quruluş, habelə dərinlik və digər məsələlərin hər biri xüsusi nəzərə alınıb, mümkün risklər qiymətləndirilib. Bu xüsusda “Nizami – 28 May” mənzilinin 50 ilə yaxın istismar dövründəki təcrübəsi, təsirləri və texnoloji amillər xüsusi öyrənilib. Həmçinin bununla əlaqədar dünya tunelqazma praktikası və müasir texnologiyaları, istifadə olunan qazma və inşaat üsulları, inşaatdan sonrakı istismar təcrübələri əsaslı şəkildə araşdırılaraq təhlilləri aparılıb.

Tunel və stansiya qazıntısında müasir texnologiyalar və üsulların daha mürəkkəb geoloji strukturu olan mühitdə tətbiqi inşaat işlərinin təhlükəsiz aparılmasının mümkünlüyünü təsbit edib.

“B-5” stansiyasının və ərazidən keçən tunellərin inşası zamanı bütün risklər nəzərə alınmaqla təhlükəsizliyi təmin edən ən aparıcı texnologiyalardan istifadə olunacaq”.//Qafqazinfo

Bənzər Xəbərlər

27.06.2026 - 20:13Ariz Əhədov

Bu şəxlsər üçün kritik 48 saat - Ölümcül ola bilər

27.06.2026 - 20:11Ariz Əhədov

Rekord istilər, dolu və sel təhlükəsi... – Yayın havası ilə bağlı KRİTİK PROQNOZ

27.06.2026 - 20:09Ariz Əhədov

Müdafiə Nazirliyi məlumat yaydı

27.06.2026 - 20:04Ariz Əhədov

Bu yay hər şeyi dəyişəcək: şanslı olacaq 4 BÜRC

27.06.2026 - 20:00Ariz Əhədov

Bu mənzilləri alanlara XƏBƏRDARLIQ - Qanunsuzdur

27.06.2026 - 19:35Ariz Əhədov

İsa Həbibbəyli vəzifədən gedir? - İDDİALARA CAVAB

27.06.2026 - 10:44Ariz Əhədov

Rusiya-Ukrayna müharibəsi başa çatır? - Zelenskidən AÇIQLAMA

27.06.2026 - 10:30Ariz Əhədov

Nəbi Mahmudov vəfat etdi - FOTO

27.06.2026 - 10:05Ariz Əhədov

Hava ilə bağlı əhaliyə MÜRACİƏT

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 792

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 208

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 355

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:075. 066
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.