Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • İki məktəb direktoru işdən çıxarıldı – FOTO
  • Bu təhsil mərkəzinə yeni direktor təyin EDİLDİ – FOTO
  • TƏBİB sədri daha 2 vəzifəli şəxsi işdən çıxardı – Yeni təyinatlar
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Cəmiyyət»Səfalı MTK ilə bağlı növbəti qalmaqal: Sakinlər qorxu içindədir – VİDEO

Səfalı MTK ilə bağlı növbəti qalmaqal: Sakinlər qorxu içindədir - VİDEO

Cəmiyyət Gülnar Əliyeva17.08.2026 - 16:43
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Xətai rayonu, Məhəmməd Hadi küçəsi 58A ünvanında, “Səfalı” MTK-ya məxsus çoxmərtəbəli yaşayış binalarının arasında yerləşən obyekt bina sakinlərinin narazılığına səbəb olub.

Yeniera.az xəbər verir ki, şikayətçilərin “Bakupost”a bildirdiyinə görə, sözügedən obyekt “Bazarstore” mağazasına məxsusdur.

Sakinlər deyirlər ki, mağazanın yaşayış binalarının düz ortasında yerləşməsi fövqəladə hadisə zamanı ciddi təhlükə yarada bilər. Onların sözlərinə görə, yanğın baş verəcəyi təqdirdə yanğınsöndürmə və digər xüsusi texnikanın əraziyə daxil olması mümkünsüzləşəcək.

Onlar aidiyyəti qurumlardan problemin araşdırılmasını istəyiblər.

Məsələ ilə bağlı “Səfalı Ticarət Mərkəzi” ASC ilə əlaqə saxlamaq mümkün olmadı. ASC-nin internetdə rəsmi saytı və əlaqə nömrəsi yoxdur.

“Bazarstore” isə məsələyə münasibət bildirməkdən imtina etdi.

Xətai Rayon İcra Hakimiyyətindən “Bakupost”a bildirilib ki, məsələ qurumun səlahiyyətlərinə aid deyil.

Fövqəladə Hallar Nazirliyinə də sorğu ünvanladıq. Nazirlikdən “Bakupost”a bildirildi ki, “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 fevral tarixli 529 nömrəli Fərmanına uyğun olaraq 30 dekabr 2019-cu il tarixində “Səfalı Ticarət Mərkəzi” ASC tərəfindən inşa olunmuş 4 girişli 12 və 16 mərtəbəli yaşayış binalarının istismarına icazə aktı rəsmiləşdirilib:

FHN-dən həmçinin qeyd olunub ki, sözügedən ünvanda Nazirliyin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən sonuncu dəfə 2026-cı ilin aprel ayında keçirilən yanğın-texniki müayinə zamanı yanğın təhlükəsizliyi qaydalarının tələblərinin pozulması faktları aşkarlanıb.

“Qeyd olunan pozuntularla bağlı binanın yanğın təhlükəsizliyinə cavabdeh şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunub”, – deyə Nazirlikdən bildirilib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən isə “Bakupost”a bildirilib ki, sözügedən yaşayış kompleksi üzrə layihə sənədləri Komitə tərəfindən razılaşdırılmayıb.

Qurumun açıqlamasında qeyd olunub ki, yaşayış kompleksinin tikintisi Komitəyə layihə sənədlərinin razılaşdırılması və tikintiyə icazələrin verilməsi ilə bağlı səlahiyyətlər həvalə edilməzdən əvvəl həyata keçirilib:

“Qeyd olunan səlahiyyətlər Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 avqust tarixli 226 nömrəli “Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə həvalə edilib.

Bu səbəbdən sorğunuzda qeyd olunan layihə sənədlərinin razılaşdırılması, tikintiyə icazənin verilməsi, habelə obyektin tikintisi dövründə qüvvədə olmuş normativ tələblərə uyğunluğu ilə bağlı həmin dövrdə müvafiq səlahiyyətləri həyata keçirmiş aidiyyəti icra hakimiyyəti orqanına müraciət etməyiniz məqsədəuyğundur”,- deyə Komitədən bildirilib.

Qeyd edək ki, “Səfalı” MTK ilə bağlı müxtəlif vaxtlarda mediada bir sıra iddialar dərc olunub. Həmin materiallarda tikinti qaydalarına əməl edilməməsi, işçilərin əmək hüquqlarının pozulması, əmək müqaviləsi olmadan işə cəlb edilmə və vergi pozuntuları ilə bağlı iddialar yer alıb.

Bu ilin fevral ayında isə “Səfalı” MTK-dan mənzil alan sakinlərin binanın idarə olunması ilə bağlı problemlərdən şikayət etdiyi barədə məlumatlar yayılıb.

Bənzər Xəbərlər

17.08.2026 - 17:33Gülnar Əliyeva

İki məktəb direktoru işdən çıxarıldı - FOTO

17.08.2026 - 17:20Gülnar Əliyeva

Bu təhsil mərkəzinə yeni direktor təyin EDİLDİ - FOTO

17.08.2026 - 17:08Gülnar Əliyeva

TƏBİB sədri daha 2 vəzifəli şəxsi işdən çıxardı - Yeni təyinatlar

17.08.2026 - 17:04Gülnar Əliyeva

ŞOK İDDİA: “Universal Hospital”da sertifikatsız həkim qalmaqalı ilə bağlı yeni faktlar

17.08.2026 - 16:55Gülnar Əliyeva

Rayon camaatına cərimə şoku – Bu da qadağandır?

17.08.2026 - 16:30Gülnar Əliyeva

Bərzaninin ofisi vuruldu

17.08.2026 - 16:18Gülnar Əliyeva

Əhalinin sayı açıqlandı

17.08.2026 - 16:05Gülnar Əliyeva

Bakıda vəzifəli şəxs həbs edildi

17.08.2026 - 15:50Gülnar Əliyeva

Ceki Çanın çəkildiyi filmin Azərbaycandakı çəkilişləri başa çatıb

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 792

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 917

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 881

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 715
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.