İlham Xasməmmədli Tovuz Dövlət Peşə Təhsil Mərkəzində direktor vəzifəsinə təyin edilib.
Bu barədə Yeniera.az-a Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, İlham Xasməmmədli 2009-cu ildə Azərbaycan Dövlət Aqrar Universitetinin Mühəndislik fakültəsinin “Elektroenergetika mühəndisliyi” ixtisası üzrə bakalavr, 2014-cü ildə isə həmin ali təhsil müəssisəsinin “Elektrik təchizatı” ixtisası üzrə magistr təhsilini başa vurub.
Əmək fəaliyyətinə təhsil sahəsində başlayan İlham Xasməmmədli 2016–2024-cü illərdə Azərbaycan Dövlət Aqrar Universitetinin Mühəndislik fakültəsinin Energetika kafedrasında müəllim kimi çalışıb. O, eyni zamanda 2021-ci ildə “Azərişıq” ASC-nin “Qərb” Regional Enerji Təchizatı və Satışı İdarəsinin Qazax Elektrik Şəbəkəsində aparıcı mühəndis, 2025-ci ildə isə Qazax Dövlət Sosial-İqtisadi Kollecində müəllim vəzifələrində fəaliyyət göstərib.
14 avqust 2026-cı il tarixindən Tovuz Dövlət Peşə Təhsil Mərkəzinin direktoru təyin olunub.


