Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Baləlidən “butulka” davası barədə AÇIQLAMA
  • Prezidentdən Ülvi Quliyevlə bağlı – Sərəncam
  • Ramiz Mehdiyevin işində onlar da dindirilib
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Cəmiyyət»Rayon camaatına cərimə şoku – Bu da qadağandır?

Rayon camaatına cərimə şoku – Bu da qadağandır?

Cəmiyyət Gülnar Əliyeva17.08.2026 - 16:55
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Rayonlardan birində təbii şəkildə bitən böyürtkənləri yığan qadınların cərimələnməsi cəmiyyətdə fikir ayrılığına səbəb olub.

Hadisə sosial şəbəkələrdə geniş müzakirə edilərkən, bir qisim insan tətbiq olunan cərimələri vətəndaşlardan əlavə ödəniş alınması vasitəsi kimi qiymətləndirib, digər qisim isə tədbiri normal qarşılayıb.

Məsələ ilə bağlı əsas sual isə budur: Vətəndaşın meşədə təbii şəkildə bitən böyürtkən, moruq və digər yabanı meyvələri öz zəhməti ilə yığaraq evinə aparması və ya satması qanunla mümkündürmü, yoxsa bunun üçün xüsusi icazə tələb olunur?

Məsələyə aydınlıq gətirmək üçün Azad İstehlakçılar Birliyinə müraciət etdik.

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan Birliyin sədri Eyyub Hüseynov bildirib ki, yabanı bitkilərin yığılmasına torpaq sahəsinin mülkiyyətçisindən asılı olaraq məhdudiyyət qoyula bilər:

“Torpağın üç cür sahibi var: dövlət torpaqları, bələdiyyə mülkiyyətində olan torpaqlar və şəxsi istifadə olunan torpaqlar. Bitkilər də bu torpaqların hamısında bitir. Əlbəttə, torpaq sahibi, xüsusən şəxsi torpaqdırsa, yığılmasına məhdudiyyət və ya qadağa qoya bilər. Çünki həmin bitki onun şəxsi ərazisində bitir. Əgər bələdiyyənin həmin torpaqdan marağı varsa, o da müəyyən məhdudiyyət qoya bilər”.

E. Hüseynovun sözlərinə görə, yabanı bitkilərin insanlar tərəfindən toplanması tarixən geniş yayılmış təcrübədir:

“Məncə, yabanı bitən bitkiləri bütün tarix boyu insanlar sərbəst yığıb istifadə ediblər. Mən özüm də yabanı bitən bitkiləri yığıb istehlak edən şəxsəm. Lakin qeyd etdiyim kimi, torpaq sahibləri buna məhdudiyyət qoya bilər, çünki həmin bitki onların torpağında bitir. Heç kəsin buna etiraz etməyə haqqı yoxdur”.

Birliyin sədri qoruq ərazilərində də yabanı meyvələrin olduğunu qeyd edib:

“Qoruq ərazilərinə insanlar müəyyən ödəniş müqabilində buraxılır. Qoruq ərazilərində də belə yabanı bitkilər çoxdur. Məsələn, mən tez-tez Talıştana gedirəm. Orada külli miqdarda böyürtkən var. O da sərbəstdir, heç kəs böyürtkənin yığılmasına və istehlak edilməsinə qadağa qoymur. Əgər qoruq ərazisində həmin böyürtkəndən nəsə hazırlanırsa və qoruq üçün qanuni istehsal həyata keçirilirsə, onda ola bilsin ki, orada da qadağa qoyula bilər. Lakin mənim dediyim qoruqda tam azaddır”.

Bənzər Xəbərlər

16.09.2026 - 16:16Gülnar Əliyeva

Baləlidən "butulka" davası barədə AÇIQLAMA

16.09.2026 - 16:04Gülnar Əliyeva

Ramiz Mehdiyevin işində onlar da dindirilib

16.09.2026 - 16:00Gülnar Əliyeva

 Bu şəxslərə Prezident təqaüdü veriləcək  — Müraciət qaydası +sənədlər

16.09.2026 - 15:50Gülnar Əliyeva

Polis hərəkətin intensiv olduğu ərazilərdə gücləndirilmiş rejimdə çalışır - Video

16.09.2026 - 15:38Gülnar Əliyeva

Münasib qiymətə texnologiya axtaranların diqqətində – CompStore.az

16.09.2026 - 15:36Gülnar Əliyeva

Bakıda mənzil alarkən tıxac probleminə innovativ həll: "Prayk.com" süni intellekt dəstəkli interaktiv xəritəsini təqdim etdi

16.09.2026 - 14:20Gülnar Əliyeva

Dağ başında qalsalar - Xilas üçün pul ödəməli olacaqlar

16.09.2026 - 14:07Gülnar Əliyeva

Azərbaycanda internet bahalaşır - minimum tarif bu qədər olacaq

16.09.2026 - 14:06Gülnar Əliyeva

Sabah yağış yağacaq, şimşək çaxacaq

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:288. 048

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 086

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:266. 015

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 809
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.