Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.8992 ▼0.0061
  • 100 RUB 2.0276 ▲0.0328
  • GBP 2.2468 ▼0.0046
  • TRY 0.0344 ▼0.0001
  • CNY 0.2539 ▼0.0001
  • GEL 0.6553 ▼0.0004
  • 100 KZT 0.3762 ▲0.0011
  • UAH 0.0377 ▼0.0002
  • AED 0.4628
Cəmiyyət

Şənbə və bazar günləri hava PROQNOZU

Şənbə və bazar günləri hava PROQNOZU

Bu həftənin şənbə və bazar günləri, yəni avqustun 1-i və 2-si Bakıda və Abşeron yarımadasında yağmursuz hava şəraiti müşahidə ediləcək. Havanın maksimal temperaturunun 31-36 dərəcə isti olacağı gözlənilir.

Yeniera.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.

O bildirib ki, bölgələrdə də əsasən yağmursuz hava şəraiti proqnozlaşdırılır. Lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimal edilir.

Havanın maksimal temperaturu Aran rayonlarında 34-39, dağlıq ərazilərdə 23-28 dərəcə isti olacaq.

Paylaş: