Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.9053 ▼0.0040
  • 100 RUB 1.9948 ▼0.0050
  • GBP 2.2514 ▼0.0002
  • TRY 0.0345
  • CNY 0.2540 ▲0.0002
  • GEL 0.6557 ▲0.0014
  • 100 KZT 0.3751 ▼0.0023
  • UAH 0.0379 ▲0.0001
  • AED 0.4628
Dünya

Sepah qərargahına hücum – ölənlər və yaralananlar var

Sepah qərargahına hücum – ölənlər və yaralananlar var

İranın Kürdüstan əyalətinin Sərvabad şəhərinin Maanand rayonunda İnqilab Keşikçiləri Qvardiyasının (Sepah) qərargahına əks-inqilabçı qüvvələr tərəfindən hücum nəticəsində iki qvardiyaçı ölüb, bir neçə hərbçi yaralanıb.

Yeniera.az “donya-e-eqtesad”ə istinadən xəbər verir ki, bu barədə Sepahın əyalətdəki “Beyt əl-Məqdis” korpusunun İctimaiyyətlə Əlaqələr İdarəsi bildirib.

“Kürd terrorçuları tərəfindən Sarvaabadda Sepahın bir neçə üzvü ölüb, yaralanıb”, – İdarənin yaydığı başsağlığında vurğulanıb.

Yerli mütəxəssislərin bildirdiyinə əsasən, PKK terror qruplaşmasının İraqda məskunlaşan “PJAK”, “Komilə”, “Kürdüstan Demokrat Partiyası” silahlılarının İranın İraqla sərhəd bölgələrində hərbçilərə, sərhədçilərə, polis əməkdaşlarına belə hücumları tez-tez olur.

Paylaş: