Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.8992 ▼0.0061
  • 100 RUB 2.0276 ▲0.0328
  • GBP 2.2468 ▼0.0046
  • TRY 0.0344 ▼0.0001
  • CNY 0.2539 ▼0.0001
  • GEL 0.6553 ▼0.0004
  • 100 KZT 0.3762 ▲0.0011
  • UAH 0.0377 ▼0.0002
  • AED 0.4628
Cəmiyyət

Sumqayıtda 700 abonentin qazı kəsiləcək

Sumqayıtda 700 abonentin qazı kəsiləcək

Sumqayıt şəhərində 700 abonentin qaz təchizatında fasilə olacaq.

“Azəriqaz” İB Sumqayıt QİS-dən “Report”a verilən məlumata görə, Sumqayıt şəhəri, Beton zavodunun ərazisində yerləşən 76 mm-lik qaz xəttində aşkar olunan sızmaların aradan qaldırılması məqsədilə bu gün saat 13:00-dan etibarən təmir işlərinə başlanılacaq.

Bu səbəbdən ərazidəki 700 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.

Qazın verilişi təmir-bərpa işləri yekunlaşdıqdan sonra bərpa ediləcək.

Paylaş: