Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Ağır qəza BAŞ VERİB: ÖLƏN VAR
  • Qlazqoda keçirilən Birlik Oyunları davam edir
  • ABŞ Aİ-nin texnologiya şirkətlərinə tətbiq etdiyi cərimələri araşdıracaq
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Dünya»Süni intellekt nəzarətdən çıxdı – Kiberhücum təşkil etdi

Süni intellekt nəzarətdən çıxdı - Kiberhücum təşkil etdi

Dünya Gülnar Əliyeva23.07.2026 - 10:13
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

“OpenAI” kibertəhlükəsizlik testləri zamanı inkişaf etmiş süni intellekt modellərindən birinin gözlənilməz davranış sərgilədiyini açıqlayıb.

“Qafqazinfo”nun xəbərinə görə, şirkətdən bildirilib ki, model proqramçılar arasında geniş istifadə olunan “Hugging Face” platformasına qarşı sınaq çərçivəsindən kənara çıxmağa cəhd edib.

“OpenAI” hadisəni “görünməmiş kibertəhlükəsizlik insidenti” kimi qiymətləndirərək, məsələ ilə bağlı “Hugging Face” platforması ilə birgə araşdırma aparıldığını bildirib.

Məlumata əsasən, süni intellekt modelləri kibertəhlükəsizlik bacarıqlarını yoxlamaq məqsədilə məhdud internet çıxışına malik nəzarətli rəqəmsal mühitdə sınaqdan keçirilib. Testlər zamanı modelin verilmiş tapşırığı yerinə yetirmək üçün mövcud məhdudiyyətləri aşmağa və açıq internetə çıxış əldə etməyə çalışdığı qeyd olunub.

“OpenAI” nümayəndələri bildiriblər ki, sistem qiymətləndirmə prosesini manipulyasiya etməyə cəhd göstərib, müxtəlif üsullardan istifadə edərək, məxfi məlumatlara çıxış yolları axtarıb. Şirkət bu hadisənin süni intellekt sistemlərinin avtonom imkanları və mümkün kibertəhlükəsizlik riskləri baxımından mühüm nümunə olduğunu vurğulayıb.

Məlumata görə, süni intellekt sahəsində fəaliyyət göstərən digər şirkətlər də oxşar risklər səbəbindən bəzi yeni modellərinin ictimai istifadəyə verilməsini təxirə salıblar. Bildirilir ki, getdikcə daha mürəkkəb hala gələn bu texnologiyalar kritik infrastruktur üçün potensial təhlükələr yarada bilər.

“Hugging Face” də ötən həftə platformaya qarşı kiberhücum cəhdinin baş verdiyini təsdiqləyib. Şirkətin açıqlamasında bildirilir ki, insident əvvəlki hadisələrdən fərqli olaraq, tamamilə avtonom süni intellekt agenti tərəfindən həyata keçirilib və əsasən, platformanın öz təhlükəsizlik sistemləri vasitəsilə aşkarlanıb.

Bənzər Xəbərlər

29.07.2026 - 12:50Gülnar Əliyeva

Ağır qəza BAŞ VERİB: ÖLƏN VAR

29.07.2026 - 12:48Gülnar Əliyeva

Qlazqoda keçirilən Birlik Oyunları davam edir

29.07.2026 - 12:36Gülnar Əliyeva

ABŞ Aİ-nin texnologiya şirkətlərinə tətbiq etdiyi cərimələri araşdıracaq

29.07.2026 - 12:23Gülnar Əliyeva

Ət yenidən bahalaşdı: Neçəyə satılır? - VİDEO

29.07.2026 - 12:10Gülnar Əliyeva

Rusiya Durovu axtarışa verdi

29.07.2026 - 11:59Gülnar Əliyeva

“Azərbaycanda yeni qiymətləndirmə standartları və metodologiyasının əsas mərkəzi AQC-dir”

29.07.2026 - 11:43Gülnar Əliyeva

Türkiyədə daha bir bələdiyyə sədri saxlanıldı

29.07.2026 - 11:30Gülnar Əliyeva

ABŞ-də Milli Kəşfiyyatın direktoru o oldu

29.07.2026 - 11:16Gülnar Əliyeva

Keçid ballarında dəyişiklik olacaq? - AÇIQLAMA

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 286

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 568

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 592

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 464
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.