Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Prezident FƏRMAN İMZALADI
  • Taksilərlə bağlı qaydalar: Bu şəxslər 40 minədək cərimələnəcək
  • 4 uşaq anası Arzum kimdir və o niyə həbs edildi?
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Cəmiyyət»Taksilərlə bağlı qaydalar: Bu şəxslər 40 minədək cərimələnəcək

Taksilərlə bağlı qaydalar: Bu şəxslər 40 minədək cərimələnəcək

Cəmiyyət Gülnar Əliyeva02.07.2026 - 15:21
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Azərbaycanın İnzibati Xətalar Məcəlləsində taksi fəaliyyəti və avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində yol verilən bir sıra pozuntulara görə inzibati məsuliyyət nəzərdə tutulur.

Yeniera.az xəbər verir ki, “Taksi” tanınma nişanları, taksometr və ya qanunvericiliklə müəyyən edilmiş digər məlumat göstəriciləri olmadan, həmçinin nasaz və ya plombu pozulmuş taksometrlə sərnişin daşınmasına görə 50 manat cərimə tətbiq edilir.

Eyni zamanda, avtobuslarda və taksilərdə tütün çəkilməsinə, eləcə də sərnişinlərin, baqaj yerlərinin sayı və baqajın kütləsinə dair müəyyən olunmuş tələblərin pozulmasına görə də 50 manat cərimə nəzərdə tutulur.

Qanunvericiliyə əsasən, taksilərin yalnız onlar üçün ayrılmış və 5.14 nişanı ilə işarələnmiş dayanacaq yerlərindən kənarda sifariş qəbul etmək məqsədilə dayanmasına, taksi minik avtomobili ilə sərnişin daşımalarının buraxılış kartında göstərilən ərazi hüdudlarından kənarda həyata keçirilməsinə, eləcə də taksometrin müəyyən etdiyi məbləğdən əlavə ödəniş tələb olunmasına görə də 50 manat məbləğində cərimə tətbiq olunur.

İnzibati Xətalar Məcəlləsinə görə, buraxılış vəsiqəsi olmadan daşıyıcı tərəfindən taksi minik avtomobilləri ilə sərnişin daşınmasının təşkilinə görə vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər isə 1000 manat məbləğində cərimə edilir. Buraxılış kartı olmadan taksi minik avtomobili ilə sərnişin daşınmasına görə isə 50 manat cərimə tətbiq olunur.

Məcəllədə icazə olmadan taksi sifarişi operatoru kimi fəaliyyət göstərilməsinə görə vəzifəli şəxslər üçün 10 min manat, hüquqi şəxslər üçün isə 40 min manat məbləğində cərimə müəyyən edilib.

Bundan başqa, taksi sifarişi operatorları tərəfindən “Fərdi məlumatlar haqqında” Qanunun tələblərinin pozulmasına, o cümlədən fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatından keçirilməməsinə və onların mühafizəsi ilə bağlı tələblərə əməl edilməməsinə görə vəzifəli şəxslər 5 min manat, hüquqi şəxslər isə 20 min manat məbləğində cərimə olunur.

Eyni məbləğdə cərimə taksi sifarişi operatorlarının informasiya sistemlərində olan sifarişlər və sürücülərin iş-istirahət rejimi barədə məlumatların müvafiq dövlət informasiya sisteminə real vaxt rejimində ötürülməsini təmin edən mexanizmin yaradılmamasına və ya işləməməsinə görə də tətbiq edilir.

Bundan əlavə, taksi minik avtomobilləri ilə sərnişin daşımalarına dair buraxılış vəsiqəsi, texniki baxış və reysqabağı tibbi müayinə ilə bağlı zəruri sənədləri və ya müqavilələri olmayan daşıyıcılara, eləcə də buraxılış kartı və sürücünün xüsusi hazırlıq keçdiyini təsdiq edən sənədi olmadan taksi sifarişi xidmətinin göstərilməsinə görə vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər isə 300 manat məbləğində cərimə edilir.

Həmçinin taksi duracaqlarında taksi minik avtomobili olmayan nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə 40 manat məbləğində cərimə tətbiq olunur.\\\Ajans.az

Bənzər Xəbərlər

02.07.2026 - 15:16Gülnar Əliyeva

4 uşaq anası Arzum kimdir və o niyə həbs edildi?

02.07.2026 - 13:14Gülnar Əliyeva

Sabah 4 rayonda günortayadək su olmayacaq

02.07.2026 - 13:00Gülnar Əliyeva

Bu marşrutların hərəkəti müvəqqəti dəyişdirilir

02.07.2026 - 12:46Gülnar Əliyeva

Vilayət Eyvazov polisləri TƏBRİK ETDİ

02.07.2026 - 12:20Gülnar Əliyeva

Super Liqa klubu "Qarabağ"la transfer danışıqlarına başlayır

02.07.2026 - 12:08Gülnar Əliyeva

Bakıdan İrəvana getdi - Fotolar

02.07.2026 - 11:55Gülnar Əliyeva

Ukraynada matəm ELAN OLUNDU

02.07.2026 - 11:42Gülnar Əliyeva

Arzum ləqəbli tiktoker məhkəmə zalında həbs olundu

02.07.2026 - 11:30Gülnar Əliyeva

“Bölgədə Azərbaycan vektorlu yeni reallıqların formalaşması bunun əyani nümunəsidir”

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 821

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 235

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 362

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:075. 071
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.