Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • “Trampın verdiyi sözü yerinə yetirməsini gözləyirik” – Ərdoğan
  • Nişana gedirdilər, qəzaya düşdülər – 7 ölü – BU ÖLKƏDƏ
  • Məktəblər bu tarixdə başlayacaq
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Dünya»Tanınmış professor VƏFAT ETDİ – FOTO

Tanınmış professor VƏFAT ETDİ - FOTO

Dünya Gülnar Əliyeva15.08.2026 - 21:26
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Türkiyədə İnönü Universitetinin keçmiş rektoru, professor Ömər Şarlak 95 yaşında Ankarada vəfat edib.

Yeniera.az xəbər verir ki, təqaüdçü general-mayor olan Şarlak yaşla bağlı xəstəliklər səbəbindən 13 avqust 2026-cı ildə dünyasını dəyişib.

O, 1996-2000-ci illərdə İnönü Universitetinin rektoru vəzifəsində çalışıb.

Mərhumun dəfn mərasimi avqustun 14-də cümə günü əsr namazından sonra Ankaradakı Əhməd Həmdi Akseki məscidində keçirilib. Ömər Şarlak Cebeci Əsri qəbiristanlığında torpağa tapşırılıb.

Ömər Şarlak kim olub?

1931-ci ildə Konya vilayətinin Akşehir rayonunda anadan olan Ömər Şarlak ibtidai və orta təhsilini Akşehirdə, lisey təhsilini isə Afyon Liseyində alıb. 1955-ci ildə Ankara Universitetinin Tibb Fakültəsini tibb leytenantı kimi bitirib.

1960-cı ildə Gülhane Hərbi Tibb Akademiyasında Ümumi Cərrahiyyə üzrə ixtisaslaşan Şarlak 1964-cü ildə Ortopediya və Travmatologiya Klinikasında baş assistent təyin edilib.

Elmi fəaliyyətini İtaliya və İngiltərədə davam etdirib.

1969-cu ildə Ortopediya və Travmatologiya üzrə dosent, 1976-cı ildə isə professor elmi adını alıb.

Şarlak 1980-ci ildə briqada generalı, 1988-ci ildə isə general-mayor rütbəsinə yüksəlib. 1988-1994-cü illərdə Gülhane Hərbi Tibb Akademiyasının komandiri, eləcə də Hərbi Tibb Fakültəsinin dekanı vəzifələrində çalışıb.

O, Gülhane Xəstəxanasının baş həkimi, Gülhane Səhiyyə Fondunun prezidenti, Səhiyyə Nazirliyinin Ali Səhiyyə Şurasının üzvü və Beynəlxalq Hərbi Tibb Komitəsinin prezidenti kimi mühüm vəzifələr də tutub.

1994-cü ildə general-mayor rütbəsi ilə hərbi xidmətdən təqaüdə çıxan Şarlak 1994-1996-cı illərdə Ali Təhsil Nəzarət Şurasının üzvü olub.

1996-cı il avqustun 6-da İnönü Universitetinin rektoru vəzifəsinə başlayan Şarlak 2000-ci il avqustun 6-dək bu vəzifəni icra edib.

Professor Ömər Şarlak Türkiyə Müasir Cərrahiyyə Təlim və Tədqiqat Assosiasiyasının keçmiş prezidenti, Türkiyə Yol Qəzalarına Yardım Fondunun keçmiş idarə heyəti üzvü və Ufuk Universitetinin keçmiş qəyyumu kimi də fəaliyyət göstərib.

Ömər Şarlak həm hərbi tibb, həm də akademik sahədə uzun illər xidmət göstərən elm və səhiyyə xadimi kimi tanınıb.///NOCOMMENT.az

Tanınmış professor 95 yaşında VƏFAT ETDİ

Bənzər Xəbərlər

15.08.2026 - 22:03Gülnar Əliyeva

“Trampın verdiyi sözü yerinə yetirməsini gözləyirik” - Ərdoğan

15.08.2026 - 21:50Gülnar Əliyeva

Nişana gedirdilər, qəzaya düşdülər - 7 ölü - BU ÖLKƏDƏ

15.08.2026 - 21:40Gülnar Əliyeva

Məktəblər bu tarixdə başlayacaq

15.08.2026 - 21:17Gülnar Əliyeva

Azərbaycana payız bu tarixdə daxil olacaq

15.08.2026 - 21:00Gülnar Əliyeva

Pul, sevgi, şans: Bəxti gətirəcək 5 BÜRC

15.08.2026 - 20:00Gülnar Əliyeva

Bakıda müəmmalı ÖLÜM - Meyiti gecəyarı həyətdə tapıldı

15.08.2026 - 16:13Gülnar Əliyeva

İsrail XİN rəhbərindən dünyanı şoka salan bəyanat: "Biz özümüzü..."

15.08.2026 - 16:00Gülnar Əliyeva

Yayda dondurma yeyənlərə XƏBƏRDARLIQ

15.08.2026 - 15:45Gülnar Əliyeva

Avropada Tramp təşvişi: ABŞ Rusiya ilə Avropasız gizli sülh sazişi bağlayacaq?

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 776

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 904

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 871

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 703
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.