Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Azərbaycanın Niderlanddakı səfiri geri çağırılaraq Belçikaya təyin olundu
  • Kibertəhlükəsizlik sahəsində yeni öhdəliklər müəyyən olundu
  • İlham Əliyev Fərman İMZALADI
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Gündəm»Tehrandan Bakıya yeni siqnal: Hücumun “səbəbi” heyrətləndirdi

Tehrandan Bakıya yeni siqnal: Hücumun “səbəbi” heyrətləndirdi

Gündəm Ariz Əhədov07.03.2026 - 18:10
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilunun Baku TV-yə müsahibəsi maraqla qarşılanıb. Səfir İranın hazırda qonşuları ilə münasibətinin gərgin olmasının səbəblərindən danışarkən bildirib ki, bir ölkə hücuma məruz qalanda mütləq özünü müdafiə etməlidir.

Dəmirçilu İranın zərbələrinin yalnız müdafiə xarakteri daşıdığını, başqa dövlətlərin milli suverenliyinə və ya ərazi bütövlüyünə qarşı yönəlmədiyini söyləyib. Onun sözlərinə görə, xarici hücumlar dayandırılacağı halda, İran da zərbələrini bitirəcək.

Maraqlıdır ki, Naxçıvan da daxil olmaqla Azərbaycan ərazisində heç bir xarici ölkənin hərbi bazası yoxdur. Lakin İran hazırkı müharibədə rol oynamayan Naxçıvanı birbaşa hədəf alıb.

YENİERA.az xəbər verir ki, Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli səfirin dediyi kimi, bir ölkənin hücuma məruz qalanda özünü müdafiə etmək hüququ olduğunu qeyd edib:

“Doğrudur, İrana hansısa ölkədə yerləşən ABŞ hərbi bazasından zərbələrin endirilməsi mümkündür. Bu halda İranın həmin məntəqələrə zərbə endirməsi müəyyən mənada izah oluna bilər. Lakin nə Azərbaycanda, nə də zərbə endirildiyi bildirilən Naxçıvanda hər hansı xarici ölkənin hərbi bazası mövcuddur.

Digər tərəfdən, Azərbaycan öz ərazisindən başqa dövlətlərə qarşı hərbi məqsədlərlə istifadə olunmasına heç vaxt icazə vermir. Əksinə, son hadisələrdə İrana başsağlığı verən və həmrəylik nümayiş etdirən ölkələrdən biri olub. Rəsmi Bakı heç bir halda İran daxil olmaqla hansısa ölkənin ərazisinə zərbə vurulmasını dəstəkləməyib.

Prezident İlham Əliyevin İran səfirliyinə gələrək anım tədbirində iştirak etməsi də Azərbaycanın həm bu ölkədə baş verən proseslərə, həm də sonrakı addımlara münasibətdə rəsmi mövqeyini göstərirdi.

İran səfirinin yanaşması isə diplomatik üslubda yayınma və müəyyən mənada ittiham xarakteri daşıyır. Səfirin, “Əgər İrana qarşı bu hücum baş verməsəydi, təbii ki, müdafiə məqsədilə cavab zərbələri endirilməzdi” fikri faktiki olaraq Tehranın atdığı addımları dolayısı ilə əsaslandırdığını göstərir.

Tehran özünü haqlı göstərməyə çalışır. Bu isə iki ölkə arasında yaranmış gərginliyin asanlıqla aradan qalxmayacağını mənasına gəlir. Rəsmi Bakının mövqeyi isə açıqdır: İran tərəfi məsələ ilə bağlı üzr istəməli və aydın mövqe ortaya qoymalıdır. Əks təqdirdə, proses daha da dərinləşə bilər”.

Bənzər Xəbərlər

10.08.2026 - 14:00Gülnar Əliyeva

İlham Əliyev Fərman İMZALADI

10.08.2026 - 13:18Gülnar Əliyeva

Sabah yağış yağacaq

10.08.2026 - 13:05Gülnar Əliyeva

Ceki Çan Azərbaycanda çəkilən filmindən DANIŞDI - MƏNİ HƏYƏCANLANDIRIR

10.08.2026 - 12:35Gülnar Əliyeva

Qadın müəllim 17 yaşlı şagirdə çılpaq fotolarını yolladı - FOTO

10.08.2026 - 12:22Gülnar Əliyeva

Şimşək, leysan... - Faktiki hava

10.08.2026 - 11:55Gülnar Əliyeva

Elnarə Canlı ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edildi

10.08.2026 - 11:03Gülnar Əliyeva

“Bakıda Almaniya ilə rəsmi danışıqlar aparmamışıq”

10.08.2026 - 10:50Gülnar Əliyeva

Kürdə batan 17 yaşlı qız Azərbaycan çempionu imiş

10.08.2026 - 10:38Gülnar Əliyeva

Sosial müavinət və təqaüdlə bağlı VACİB MƏLUMAT

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 708

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 864

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 838

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 672
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.