Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Trampdan səs-küylü bəyanatlar: Hörmüz, Oman, Cənubi Koreya və Kım Çen In haqqında danışdı
  • Elektrikli avtomobillərin daha bir mənfi cəhəti üzə çıxdı — Açıqlama
  • Mənzili qeyri-yaşayış sahəsinə çevirmək istəyənlərə XƏBƏRDARLIQ
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Cəmiyyət»Toy edənlərin nəzərinə: Bu tarixdən…

Toy edənlərin nəzərinə: Bu tarixdən...

Cəmiyyət Gülnar Əliyeva05.08.2026 - 10:00
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Məhərrəm ayının başa çatması ilə toy mövsümü yenidən gündəmə gəlib. Hazırda davam edən Səfər ayı da avqustun 13-14-də yekunlaşacaq. Bu səbəbdən avqustun ikinci yarısından etibarən ölkədə toy mərasimlərinin sayında ciddi artım olacağı proqnozlaşdırılır.

Bəs qarşıdakı dövrdə həqiqətən də “toy bumu” yaşanacaqmı? Tələbatın artması şadlıq sarayları, foto-video xidmətləri, musiqi qrupları və digər toy xidmətlərinin qiymətlərinə necə təsir göstərəcək?

Yeniera.az xəbər verir ki, Globalinfo.az-a danışan hüquq elmləri doktoru, iqtisadçı Vüsalə Əhmədova böyük ehtimalla avqustun ikinci yarısından etibarən Azərbaycanda toy mövsümü nəzərəçarpacaq dərəcədə canlanacağını bildirib:

“Ümumiyyətlə statistik olaraq avqustun sonu, sentyabr və oktyabr ayları Azərbaycanda ən çox toy keçirilən dövr hesab edilir. Bazar qanunlarına əsaslansaq tələbin artması bəzi xidmətlərin bahalaşmasına səbəb ola bilər. Lakin qiymət artımının bütün bazarda eyni səviyyədə olacağını demək olmaz. Bu gün Bakıda müxtəlif iqtisadi seqmentlərdə fəaliyyət göstərən şadlıq evləri mövcuddur. Adambaşına qiymətləri təxminən 50-70 manat olan aşağı seqment şadlıq sarayları da var, 70-150 manat olan orta seqment olanlar da. Premium məkanlarda isə qiymətlər 150-200 manat arasında dəyişir. Xüsusi VIP paketlərdə qiymətlər 300-500 manata qədər yüksələ bilir. Bu səbəbdən, kəskin qiymət bahalaşması gözlənməsə də, orta hesabla 5-10 faiz artım ehtimalı var. Amma bu bahalaşmanın əlavə xidmətlərdən qaynaqlana biləcəyini düşünürəm”.

İqtisadçı deyib ki, xüsusilə, artım aparıcı, DJ, foto-video çəkilişi, dekorasiya və canlı musiqi xidmətlərində müşahidə oluna bilər:

“Bu xidmətlərdə təklif bir qədər məhduddur və eyni tarixlərə çoxsaylı sifariş daxil ola bilər. Qiymət artımının menyudan asılı olacağını isə düşünmürəm. Çünki bazarda tələb çox olduğu qədər təklif də çoxdur. Şadlıq evlərinin sayı və bazardakı rəqabət genişdir. Toy mövsümünün pik dövründə ən böyük problem qiymətdən çox boş tarix tapmaq olur. Buna görə də, avqustun ikinci yarısı, sentyabr və oktyabr aylarında toy planlaşdıranlar rezervasiyanı mümkün qədər tez etməlidirlər”.

V.Əhmədova onu da qeyd edib ki, Azərbaycanda Məhərrəm və Səfər aylarında toy etməmək hüquqi və ya dini baxımdan məcburi qadağa deyil:

“Bu, əsasən illər ərzində formalaşmış ictimai ənənədir. Son illərdə isə bu ənənənin təsiri əvvəlki illərlə müqayisədə zəifləyib. Xüsusilə böyük şəhərlərdə və yüksək gəlir qrupuna aid ailələr arasında artıq Məhərrəm və Səfər aylarında, hətda Ramazan ayında da toy məclisləri təşkil olunur. Üst seqment şadlıq evləri və premium məkanlar son bir neçə ildə bu aylarda da fəaliyyətini tam dayandırmır”.

Bənzər Xəbərlər

18.08.2026 - 00:15Gülnar Əliyeva

Trampdan səs-küylü bəyanatlar: Hörmüz, Oman, Cənubi Koreya və Kım Çen In haqqında danışdı

17.08.2026 - 23:55Gülnar Əliyeva

Elektrikli avtomobillərin daha bir mənfi cəhəti üzə çıxdı — Açıqlama

17.08.2026 - 23:40Gülnar Əliyeva

Mənzili qeyri-yaşayış sahəsinə çevirmək istəyənlərə XƏBƏRDARLIQ

17.08.2026 - 23:10Gülnar Əliyeva

Fitnes məşqçisi Sara Əliyeva mükafata layiq görülüb

17.08.2026 - 22:45Gülnar Əliyeva

Öldürdüyü ərlərinin sayını özü də xatırlamır: “Qara dul”a AĞIR CƏZA

17.08.2026 - 22:21Gülnar Əliyeva

Pul verib ixtisas seçdirənlərə çağırış etdi

17.08.2026 - 22:19Gülnar Əliyeva

Bakıda gənc müəllim faciəli şəkildə öldü - FOTO

17.08.2026 - 21:40Gülnar Əliyeva

Kamilə Babayevaya ağır itki

17.08.2026 - 21:38Gülnar Əliyeva

Azərbaycanda dəhşətli qəza: 4 ölü, 8 yaralı

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 799

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 925

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 887

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 719
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.